
Misirdə sualtı faciə
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
ABŞ-ın ən yaxşı qazanan intellektual şirkətlər haqqında hesabat hazırlanıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
AB Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır
Misir “Müsəlman Qardaşlar”la anlaşa bilərmi?
Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda «Sabah» qəzeti siyasi işlər üzrə yüksək səlahiyyətli Qətər rəsmisinə istinadən bildirir. Mənbə deyib ki, bu həftədən etibarən Türkiyədən Qətərə ərzaq yardımı hava yolundan daha çox quru yolu ilə daşınacaq.
«Türkiyənin Qətərə göndərdiyi ərzaq yardım tətbiq edilən embarqonu zəiflətdi. Eyni zamanda təbii olaraq iki ölkə arasında ticarətin həcmini də artırdı. Türkiyədən gələcək TIR-ların Azərbaycan və İran üzərindən keçib İranın cənubundakı limana, oradan isə gəmi-bərələrlə Qətərə çatması planlaşdırılıb. Quru yolu ilə qida daşımaq hava yolundan daha ucuz başa gəldiyi üçün bu marşrutla daha çox ərzaq daşımaq imkanımız olacaq», - Qətər rəsmisi bildirib.
Türkiyə Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin blokadaya aldığı Qətəri dəstəkləyir. Qətərə qarşı tətbiq edilən sərt sanksiyalardan dərhal sonra Türkiyə bu ölkəyə özünün hərbi qüvvələrini göndərib və orada baza yerləşdirib. Habelə Qətərə təyyarələrlə ərzaq və digər zəruri mallar göndərməyə başlayıb.
Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətəri radikal islamçı qruplaşmalara, o cümlədən İŞİD-ə dəstək verməkdə, İranla əlbir olaraq bölgədə gərginlik yaratmaqda günahlandırır. Anti-Qətər koalisiyası Dohanın qarşısında 13 şərtdən ibarət ultimatum qoymuşdu. Lakin Qətər bu şərtləri yerinə yetirməkdən imtina etdi və Dohaya qarşı tətbiq edilən embarqolar qeyri-müəyyən müddətə uzadıldı.