vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:43 | 1 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 3175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mirşərəf Fətiyevdən bişərəf hərəkət

DAK-ın Rusiya başqanının daşnakla ilə işbirliyi, millətçi erməni rejissoru Manukyan biznesmenin evində əsirdir, Dubay polisi məşhur azərbaycanlının xəyanətinin üstünü açdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İki gün öncə Rusiyanın «Kommersant» qəzeti rusiyalı rejissor Arik Manukyanın Birləşmiş Ərəb Əmirliklərində - Abu-Dabidə həbs edilməsi ilə bağlı xəbər yayıb. Səbəb Manukyanın əmirliklərin ən böyük məscidlərindən olan Şeyx Zayed məscidinin ərazisində evlənməyə hazırlaşan cütlük üçün klip çəkərkən drondan - «uçan» kameradan istifadə etməsi olub.

Məsələ burasındadır ki, BƏƏ qanunlarına görə, dronla yerli hakimiyyət orqanlarının icazəsi olmadan çəkiliş aparmaq yasaqdır. İcazəsiz çəkilişin cəzası 50 min dollar cərimə və qısamüddətli həbsdir. Çəkilişin strateji obyektin – hava limanın yaxınlığında aparılması məsələni daha da qəlizləşdirib. Rusiyanın Dubay böyükelçiliyinin məsələyə müdaxiləsindən sonra 14 günlük həbs ev dustaqlığı ilə əvəz edilib. Ancaq hələlik istintaqın nə ilə nəticələnəcəyi böyük sual altındadır.

Musavat.com-un əldə etdiyi bilgiyə görə, Manukyanın klip çəkdiyi cütlük Rusiyada yaşayan azərbaycanlı ailəsinin üzvləridir. İddialara görə, «Bəy» Dünya Azərbaycanlılarının Konqresinin (DAK) Rusiya qolunun başqanı, Moskvada yaşayan iş adamı Mirəşrəf Fətiyevin böyük oğludur.

Toy iyunun sonuna planlaşdırılıbmış. Ailə məclisdə göstəriləcək «Eşq hekayəsi» klipinin çəkilişləri üçün rejissor Manukyanı seçib. Manukyan Rusiyada «Yarımçıq mahnı» filmi ilə ünlülər sırasına qoşulub. Indi onu ölkənin ən bahalı rejissoru kimi də tanıyırlar. Tipik erməni olan rejissor azərbaycanlılara nifrətini yaratdığı ekran əsərlərinə də gətirir. Filmlərindən birində Qarabağda savaş səhnəsini canlandıran Arik Azərbaycan əsgərlərini insani hisslərdən məhrum, mülki əhalinin qatili kimi təqdim edir. Bu səbəbdən Bütöv Azərbaycan kimi müqəddəs bir ideyaya xidmət etdiyini deyən şəxsin ailəsinin şad günü üçün Manukyanı - «Artsax» bayrağını masasının üstündən əskik etməyən, türklərə nifrətini hər fürsətdə ifadə edən bir erməninin işbirliyinə dəvət etməsi, ona yüklü para xərcləməsi anlaşılmazdır.

Fətiyevlər və Manukyanlar – rejissorun asissenti doğma qardaşıdır – Dubaya Ramazan bayramı öncəsi yola düşüblər. Mirəşrəf Fətiyevin kiçik oğlu Mircavad Dubayda təhsil alır. Çəkiliş heyətinə bələdçilik onun üzərinə düşürmüş. Dubayda sahil boyu bir neçə dubl çəkiləndən sonra, növbəti addımın icrası üçün heyət Abu-Dabiyə gedir. Olay da burada yaşanır.

Vurğulayaq ki, bəyaz mərmərdən tikilən Şeyx Zayed məscidi BƏƏ-də dini inancından asılı olmayaraq bütün turistlərin ziyarət edə biləcəyi yeganə ibadət evidir. Olayı «Kommersant»a danışan Manukyan bildirib ki, çəkiliş başlayandan bir neçə dəqiqə sonra məscidin mühafizə xidmətinin əməkdaşları onları görüb, çəkiliş saxlanıb, dron müsadirə edilib. Onlara ərazini tərk etməmək tapşırılıb. Bir neçə saat gözləmədən sonra polis gəlib və onları – «səbəbkarları», bəyin anasını və qardaşını, rejissoru və qardaşını bölməyə aparıb. Dindirmədən sonra onların telefonları və sənədləri alınıb, özləri kameraya salınıb.

6 gün heç kimə nə ailə üzvləri, nə də Rusiya böyükelçiliyi ilə əlaqə yaratmaq icazə verilməyib. Daha sonra saxlananlar istintaq təcridxanasına köçürülüb. Növbəti 1 həftə orada keçib. Yaxınlarından 6 gün xəbər tutmayan Fətiyev və Manukyan ailəsinin üzvləri Abu-Dabiyə gəlib və yaxınlarının sorağını təcridxanadan alıblar. Olaya Rusiya böyükelçiliyi qarışandan sonra Fətiyevin xanımı, gəlini və böyük oğlu azad edilib, kiçik oğlu və Manukyan qardaşları isə ev dustaqlığına buraxılıb. Hazırda onlar Fətiyevin Dubayın simgəsinə çevrilmiş Palm Jumeirah Oceana Residence-da yerləşən mənzilindədirlər.

Manukyan «Kommersant»a iki dəfə dindirildiyini deyib. İstintaq orqanı onun məscidə yaxın məsafədə yerləşən hava limanının da görüntülərini alıb-almadığını dəqiqləşdirir. Dubayda ev dustaqlığına məhkum edilən rejissor həbsinə görə bir neçə layihəsinin də batacağından narahatdır. Rusiya böyükelçiliyinin əməkdaşları isə 50 min dollarlıq cərimə ilə yanaşı rejissora həbs cəzası veriləcəyindən əndişələnir.

«Kommersant» Arik Manukyanın həbsi haqda detallara baş vursa da klipin kimin sifarişi ilə çəkilməsi, toy sahibləri haqqında heç bir bilgi yaymayıb. Moskvadakı qaynaq «dilini dinc saxlaması» üçün azırbaycanlı biznesmen rejissora ciddi para verdiyini iddia edir. Bu da onu göstərir ki, Mirşərəf Fətiyev tutduğu vəzifəyə xəyanət etməsinin, vətənə qarşı şərəfsiz davranışının fərqindədir. Bu olayın açılacağı halda Azərbaycanda rüsvay olacağından ehtiyyat edir.

«Love store» klipi yarımçıq qalsa da toy baş tutub. Mircavid Fətiyevin böyük qardaşının toyuna gələ bilməməsi isə ailənin üzüb.

P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.