vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
İSTİRAHƏT  
10:42 | 20 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 36631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dubayın qəhvə mədəniyyəti

BƏƏ-də harada nə yeyib-içmək haqqında düşünənlər üçün ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər hansı bir şəhərdə, hər hansı bir ölkədə olarkən mən dərhal rahat kafe və yaxşı qəhvə axtarmağa başlayıram. Çayı çox vaxt evdə içirəm, çünki paket çayları heç sevmirəm (ən çox kafelərdə mənə məhz belə çaylar təklif edirlər), evdə isə əsl ovulmuş çay dəmləyirəm. 3 il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və dünyanın ticarət mərkəzlərindən biri olan Dubayda yaşayaraq burada qəhvə mədəniyyətinin çay mədəniyyətindən daha çox inkişaf etdiyini anladım (baxmayaraq ki, burada məskunlaşarkən, düşünürdüm ki, hər şey fərqli olacaq, çünki Hindistan, Seylon, Çin və çayla bağlı olan hər yer yaxındır). İnsanlar hil ilə ərəb qəhvəsi içirlər, qəhvəxanalar geometrik silsilə şəklində çoxalır, ləziz səhər yeməyi verən rahat kafelərin isə sayı hesabı yoxdur. Onların hamısını gəzməyə zaman lazımdır, çünki Dubay böyük şəhərdir və hər yeri gəzmək, hər şeyin dadına baxmaq üçün vaxt tələb olunur. Amma 3 il ərzində artıq mənim həftə sonları tez-tez səhər yeməyini yemək, inanılmaz dadlı qəhvə içmək və ya sadəcə kitab oxuyaraq dincəlmək üçün getdiyim sevimli yerlərim var.

Bu yaxınlarda rəfiqələrimlə bu və ya digər yerlərə üstünlük verdiyimiz meyarları müzakirə edərkən bunu müəyyən etdik: rahatlıq və mühit vacib əhəmiyyət kəsb edir və məkan seçimində böyük rol oynayır. Əlbəttə ki, menyu da az əhəmiyyət daşımır və buna görə də hər şeyin yarıbayarı olduğuna qərar verdik.

Dubay qışda - hava baxımından bir nağıl kimidir, yayda isə burada nəfəs almaq olmur, buna görə də bir çox qəhvəxanalar və kafelər qapalı məkanlarda yerləşir.

İlk olaraq ən sevdiyim əlbəttə ki, «Lime Tree Cafe»dir. Onu mənə buraya məndən əvvəl yerləşən rəfiqəm Anna tanıdıb. «Lime Tree Cafe» şəhərdə bir neçə obyektlərə sahibdir, amma mənim ən sevdiyim məkan isə «Jumeirah» ərazisində yerləşir. Görünüşünə görə sadə binadır və heç bir təmtərağı yoxdur, lakin kafeyə daxil olan kimi balaca zeytun ağacları, dəmir stul və masalar göz oxşayır, hər şey bir-biri ilə zərif şəkildə uyğunlaşır.

Sifarişi piştaxtada etmək lazımdır, nömrə götürürsən və ofisiant sifarişi artıq sizin masaya gətirir. Böyük seçimdə səhər yeməyi və qəlyanaltı (salatlar və sendviçlər), eləcə də ağlasığmaz dərəcədə şirin desertlər var (bizim ən sevdiyimiz qaymaqlı pendir ilə bananlı desertdir). Amma mənim üçün ən əsası südlü qəhvədir (caffellatte), burada onu soya südü ilə inanılmaz ləzzətli hazırlayırlar.

Siyahımdakı ikinci yeri şübhəsiz ki, öz qeyri-adi qəhvəsinə görə «Tom&Serg» tutacaq. Sizi bilmirəm, amma mən turşməzə qəhvəni çırpılmış südlə ustalıqla bişirdiklərində özümü heç cürə saxlaya bilmirəm. Avstraliya sənaye üslubunda olan bir kafe, amma zövqlü və çoxlu bitkilərə malik bir məkan. Burada səhər yeməyi, qəlyanaltı və nahar yeməyi verilir, bura kifayət qədər tez - saat 4-də bağlanır, amma səhər saat 8-dən işə başlayır.

Burada möhtəşəm Fransız tostları və mənim ən sevdiyim - avokado və göbələk ilə çırpılmış yumurta verilir.

Siyahıda növbəti məkan - «cafe Brass»: burada möhtəşəm ballı və lavandalı südlü qəhvə hazırlayırlar. Kafe 2 ünvanda yerləşir - biri «City Walk»da, digəri «JBR»də. İnteryer mavi və qızılı rənglərdə dizayn edilib, bu da inanılmaz dərəcədə göz oxşayır və xoş bir şəkildə sakitləşdirir. İçki menyusu burada hədsiz dərəcədə müxtəlifdir - espresso ilə başlayaraq müxtəlif növ isti şokoladlara qədər...

Ballı və lavandalı südlü qəhvə sifariş verməyinizi tövsiyə edirəm, hava daha da isti olanda isə - affogato (vanilli dondurma ilə espresso shot) məsləhətdir.

«Brew cafe». Elə məkanlar var ki, orada saatlarla oturub kitab oxumaq və yoldan keçənlərə baxıb xəyala dalmaq olar. Bu kafe belə məkanlardan deyil. Buraya gəlmək, görmək və qəhvə ilə birlikdə lopalardan, baldan və xurmadan (energy ball) hazırlanmış balaca kürəni götürüb və qazanmaq lazımdır.

«Brew cafe» «Burj Al Arab»dan sonra gələn «Jumeirah Road» küçəsində yerləşir. Kafe heç də gözə çarpmır və çox balacadır, amma insanlar uşaqları üçün espresso makiyatto və ya «babychino» almağa görə həmişə bura toplaşırlar. Uşaqlar mövsümi olaraq məşhur «the Barn» və «Blue Bottle» qəhvə dənələrindən istifadə edirlər.

Öz xəzinəmi sona saxlamışam - mənim üçün ilin ən isti vaxtında getməyi sevdiyim ən rahat məkan «Roseleaf Cafe»dir. «Garden center»də yerləşən kafe qızmar çöl istisindən ağacların, bitkilərin, çiçək ləkinin və güllərin arasında gizlənir.

Böyük vitraj şüşələr, tavanda ventilyatorlar, təravət və çiçək ətri - bundan yaxşı nə ola bilər? Bəs qəhvə haqqında nə demək olar? Fövqəladə. Mənim ən sevdiyim kombo - tuna balığından hazırlanmış sendviç ilə soyalı kappuçinodur. Mütləq ziyarət olunmalıdır!

Nuş olsun!

Həcər ƏLİYEVA