vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
23:39 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tunisli qadınları Dubaya niyə buraxmırlar?

Hər iki tərəf bu qadağanın səbəbləri barədə susur

MÖVZU İLƏ ƏLAQƏLİ

Tunis Birləşmiş Ərəb Əmirliklərində, xüsusilə də qadınlara qarşı sərt təhlükəsizlik yoxlamalarına etiraz olaraq, «Emirates» hava yolları şirkətinin bütün reyslərini dayandırıb.

Tunisin Nəqliyyat Nazirliyi bildirir ki, hava şirkəti bu problemə «beynəlxalq qanunlara və razılaşmalara» uyğun şəkildə həll tapanadək bütün uçuşlar dayandırılır.

Bir çox Tunis qadınları bildiriblər ki, onların Dubaya səfərləri əlavə yoxlamalara görə xeyli ləngidilib.

Bu hadisə Tunisin sosial media şəbəkəsində hiddət partlayışı törədib.

BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş «Twitter»də yazıb: «Biz xüsusi prosedurlara görə əlavə təhlükəsizlik tədbirləri ilə bağlı tunisli qardaşlarımıza izahat vermişik. Biz yanlış cəhdlərdən uzaq olmalıyıq».

Xarici işlər nazirinin bu «çox qeyri-spesifik» izahatından elə bir şey başa düşülmür.

Ötən cümə günü Tunis BƏƏ-nin ölkədəki səfirindən izahat istəyib. Səfir bildirib ki, əlavə təhlükəsizlik tədbirləri yalnız qısa müddət üçün nəzərdə tutulub.

Buna baxmayaraq, Tunis insan haqları təşkilatları tədbirləri «ayrıseçkiçilik və irqçilik» adlandırır.

«The Guardian» yazır ki, Tunis BƏƏ ilə münasibətlərini 2011-ci ildə baş vermiş inqilabdan bu yana yaxşılaşdırmağa çalışır.

Bu inqilabın ardınca Tunisdə Qətərlə güclü bağları olan islamçı ən-Nəhda partiyası hakimiyyətə gəlmişdi.

Qətərlə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər ötən iyundan bəri kəsilib. BƏƏ, Bəhreyn və Misir də Riyadın bu hərəkətinə qoşulublar.

Ərəb ölkələri Qətəri terrorçu təşkilatları dəstəkləməkdə ittiham edir.

Bir sıra ərəb saytları bundan əvvəl tunisli qadınların Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinə qadağan qoyulduğunu yazırdılar.

Maraqlıdır ki, hər iki tərəf bu qadağanın səbəbləri barədə susmağa üstünlük verir.