Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
22:41 | 13 sentyabr 2024 | Cümə
Məqaləyə 539 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Avropa Birliyinin Xarici Əlaqələr Xidmətinin (EEAS) daxili hesabatında müxalifətin darmadağın edildiyi Tunislə miqrasiya sazişinin imzalanması AB-nin narahat olduğunu ortaya çıxarıb.
Böyük Britaniyanın “The Guardian” qəzetinin əldə etdiyi və bu gün əvvəl dərc etdiyi hesabatda Tunisin 2019-cu ildə vəzifəyə başlayan prezident Kays Səidin rəhbərliyi altındakı vəziyyəti təsvir edilib. İddia olunub ki, siyasi ab-havanın açıq şəkildə pisləşməsi və vətəndaş məkanında daralma var.
66 yaşlı Səidin Nümayəndələr Palatasını buraxmaqla hakimiyyəti cəmləşdirdiyi xatırladılarkən, onun oktyabrın 6-da keçiriləcək prezident seçkilərində favorit kimi göründüyü bildirilirdi.
Rəqiblərin seçkidən əvvəl həbs olunduğu və əleyhdarlarına qarşı yalan məlumat yaymaq ittihamı ilə istintaq başladıldığı da vurğulanıb.
İyulun 7-də Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Cosef Borrellin imzası ilə AB xarici işlər nazirlərinə göndərilən hesabatda Şimali Afrikanın insan haqları vəziyyətinə və sosial-iqtisadi sabitliyinə toxunularaq aşağıdakı qeyd olunub: “AB-Tunis münasibətləri daha mürəkkəbləşir. AB ölkələri Tunisin sabitliyini təmin etmək üçün onunla tərəfdaşlıqlarını davam etdirməkdə həqiqətən maraqlıdırlar.
Tunisə dəstək verilmədiyi təqdirdə “düşmən üçüncü ölkələrin” təsiri altına düşəcəyindən qorxan AB ad çəkilmədən Rusiya, İran və Çinə işarə edib.
Digər tərəfdən hesabatda Tunislə miqrasiya müqaviləsinin “diktatorları qidalandırmaq” ittihamları və AB maraqları üçün insan haqlarına məhəl qoyulmadığına dair tənqidlər də xatırladılıb: “AB-nin dəyərləri ilə Tunis hakimiyyətilə konstruktiv əlaqə arasında tarazlığı qorumaq AB-nin reputasiyası baxımından getdikcə çətinləşir”.
5 səhifəlik hesabatda Tunisdə saxlanılan müxalif siyasətçilərə, jurnalistlərə, hüquqşünaslara, iş adamlarına və Avropa Birliyinin maliyyələşdirdiyi QHT-lərdə çalışan insanlar xatırladılıb.
2023-cü ildə AB Tunisə insan alverçilərinə qarşı mübarizə üçün 105 milyon avro vəd etmişdi və sonra Tunis administrasiyası Brüssellə razılaşmayaraq bu pulun 60 milyon avrosunu geri qaytardığını açıqlamışdı.
Tunis prezidenti Kays Səid avqustun 25-də hökumətə hərtərəfli yenidən baxıb və üç dövlət naziri də daxil olmaqla 22 yeni nazir təyin edib.
Səidin bazar ertəsi günü 24 əyalətə yeni qubernator təyin etməsi diqqət çəksə də, prezident seçkilərinə bir ay qalmış belə bir dəyişikliyin niyə edildiyi açıqlanmayıb.
2022-ci il iyulun 25-də qəbul edilən yeni Tunis Konstitusiyasına əsasən, prezident baş nazirin təklifi ilə qubernatorları, mülki və hərbi rəhbərləri təyin etmək hüququna malikdir.
Tunis Milli Qvardiya İttifaqının iyun ayında dərc etdiyi hesabata görə, 2024-cü ilin may ayına qədər 462 qeyri-qanuni immiqrantın cəsədi tapılıb.
Nəhayət, sentyabrın 11-də axşam Tunisin cənub sahillərində batan qayıqdan sonra 6 immiqrantın cəsədi tapılıb. Ölənlərdən biri körpə, digərləri isə qadındır.