Siğə biznesi
Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabayını açıqlayıb. Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.
Virtualaz.org xəbər verir ki, hesabatın İrana aid hissəsində yoxsul ailələrdən olan qadın və qızların ailələrinə dəstək üçün işləməyə can atması onları insan alverçilərinin qurbanlarına çevirir. Belələrini iş adı altında aldadaraq cinsi istismara məruz qoyurlar, xarici ölkələrə satırlar. Hesabata əsasən İranda 13-17 yaşlı qızlar seks-tacirlərinin daha çox marağını cəlb edir.
Bildirilir ki, İranda 13 yaşına qədər olan qızlar ev qulluqçuları kimi işlədilir, 13 yaşına çatanda isə insan alverçiləri onları cinsi istismar məqsədi ilə satırlar. Hesabatda göstərilir ki, son vaxtlar Dubayda fahişə kimi işləyən gənc iranlı qadınların sayı kəskin artıb, bu da İranda insan alveri sahəsində vəziyyətin pisləşməsi ilə izah oluna bilər.
Dövlət Departamenti habelə bildirir ki, qonşu ölkələrdən də qadınlarıın seksual istismar məqsədi ilə iranlı insan alverçiləri tərəfindən cəlb edilməsi, onların İran üzərindən Fars körfəzinin başqa ölkələrinə satılması halları geniş yayılıb.
«Məlumatlara görə Tehranda, Təbrizdə, Astarada seksual istismar olunan yeniyetmə qızların sayı artmaqdadır. İranda siğə adlanan «müvəqqəti» və ya «qısamüddətli» nigahlar mövcuddur ki, bu «nigahın» müddəti bir saatdan bir həftəyə qədər davam edə bilir. Siğə kommersiya məqsədli seksual istismar üçün tətbiq olunur»-hesabatda deyilir.
Hesabata əsasən İranın Şiraz əyaləti insan alverçilərinin əsas mərkəzidir və Azərbaycandan olan qızlar bu vilayət üzərindən tranzit olaraq Birləşmiş Ərəb Əmirliklərinə kommersiya məqsədli seksual istismar üçün göndərilir.