vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
18:12 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 1412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qərb Rusiyaya güclü təzyiq etməlidir»

«Avropa bir olan zaman nəyəsə nail olacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti hesab edir ki, Avropa İttifaqının Rusiyaya güclü təzyiqi nəticəsində onu Ukraynadakı böhranın siyasi həllinin tənzimlənməsinə məcbur etmək olar.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Fransa prezidenti Fransua Olland bu gün Brüsseldə Avropa İttifaqının təcili sammitindən öncə çıxış edib.

Bu gün Brüsseldə Aİ ölkələri krımda yaranmış son durumu və Rusiyanın yarımadada həyata keçirdiyi eskalasiya siyasətinə cavab addımlar müzakirə olunacaq.

Fransa prezidenti deyib ki, əgər Avropa bir olacaqsa, o zaman nəyəsə nail ola biləcəyik: «Biz gərək bu toplantıdan elə bir qərarla çıxaq ki, Rusiyaya ediləcək təzyiqlə yaranmış gərginliyi azaldaq».