Özbəkistan konstitusiyasına düzəlişlər
Mirziyoyev hakimiyyətini uzatmaq istəyir?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-dan Özbəkistana çağırış
Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
-
Özbəkistan qərarını verdi
Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
-
“Vahid vətən – ortaq tale”
Özbəkistan separatizmdən qorunmaq istəyir
-
Türan ordusu yaradılır?
Özbəkistan görüşünün detalları ...
-
Eyni acı tarixi bölüşən iki qardaş ölkə
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
-
İldırım sürətli İT inkişaf
Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır
-
Strateji səfər ...
Xarici ticarıt payı nə Azərbaycan, nə də Özbəkistan üçün yetərli deyil
-
Güclü olmanın düsturu
Yaşadıqlarımızdan çıxardığımız nəticələr qalib gəlməyin yeganə yolunu bizə öyrətdi
-
Səfər inkişafa zəmin yaradacaq
Son illər idxal və ixracda artım gedir
-
«Mənim özüm də daxil olmaqla...»
Prezident məmurların toylarda iştirakına qadağa qoyur
-
Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?
«Onu dinamik dəyişiklik rəmzi saymaq olmur»
-
«Hər bir kəndli ailəsinin 100 toyuğu olmalıdır»
Özbəkistan diktatoru ölkədə yoxsulluq problemini «həll edib»
Konstitusiya dəyişiklikləri Mirziyoyevin bundan əvvəlki prezidentlik müddətlərini “sıfırlayacaq” və beləliklə onun namizədliyini üçüncü dəfə irəli sürməsinə imkan yaranacaq. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Konstitusiyaya düzəlişlər təklif edib. Bu düzəlişlərdən biri ona üçüncü müddətə prezident olmaq imkanı verməlidir.
Mirziyoyev iyunun 20-də deyib ki, o ötən ilin dekabrında düzəlişləri təklif edəndən sonra ölkə vətəndaşlarından 48 min 500 təklif daxil olub: “Düşünürəm ki, biz konstitusiya islahatlarını vətəndaşların arzu və dəstəyini nəzərə alaraq referendumla qəbul etsək, bu, xalqın iradəsi, əsl xalq konstitusiyası olar”.
Prezident əlavə edib ki, dünyada yaranmış təhlükəli və mürəkkəb vəziyyətə görə konstitusiya dəyişikliklərinin qəbulu zəruridir.
O vəziyyətin təhlükəliliyinin və mürəkkəbliyinin konkret olaraq nədən ibarət olduğunu deməyib.
Özbəkistan parlamenti yuxarı palatasının spiker müavini Sodiq Safoyev bundan əvvəl Kun.az saytına müsahibəsində demişdi ki, sözü gedən dəyişikliklər Mirziyoyevin bundan əvvəlki prezidentlik müddətlərini “sıfırlayacaq” və beləliklə onun namizədliyini üçüncü dəfə irəli sürməsinə imkan yaranacaq.
***
Hazırkı seçki qanununa görə bir şəxs yalnız hərəsi 5 il olmaqla iki dəfə prezident seçilə bilər.
64 yaşlı Mirziyoyev özünün indiki ikinci müddətinə ötən ilin oktyabrında seçilib.
Onun rəqibləri cəmiyyətdə az tanınan hökumətyönlü dörd nəfər idi.
Bu seçkidə müxalifət namizədlərinin qeydiyyatına icazə verilməmişdi.
Mirziyoyev iyunun 20-də habelə ölüm cəzasından danışıb və deyib ki, bu cəzanın qadağan olunması konstitusiya ilə təsbit edilməlidir.
Özbəkistanda 1990-cı illərdən bəri ölüm hökmlərinin icrasına moratorium qoyulub.
Mirziyoyev prezident seçildikdən sonra əhalisi 35 milyon nəfər olan ölkənin qapılarını xarici investisiyalar üçün açıb, qonşularla münasibətləri normallaşdırıb və onlarca siyasi məhbusu həbsxanalardan azad edib.
Mirziyoyev hakimiyyətə 2016-cı ildə ölkənin avtoritar lideri İslam Kərimov vəfat etdikdən sonra gəlib.
Müşahidəçilər bildirirlər ki, Mirziyoyev də xələfi kimi məhdudiyyətsiz hakimiyyətə malikdir.
O da Kərimov kimi korrupsiyada və şəxsi sərvət yığmaqda ittiham olunub.