vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
23:41 | 10 fevral 2017 | Cümə Məqaləyə 2250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər bir kəndli ailəsinin 100 toyuğu olmalıdır»

Özbəkistan diktatoru ölkədə yoxsulluq problemini «həll edib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən ilin sentyabrında diktator İslam Kərimovun ölümündən sonra bu yaxınlarda Özbəkistan prezidenti olmuş Şavkat Mirziyoyev qəribə bir sərəncam verib. Strateq.az Avropa nəşrinə isnadən bildirir ki, sərəncama əsasən, bütün ölkə üzrə kənd yerində hər bir ailə indi 100-dən az olmayaraq toyuq sahibi olmalıdır.

Mirziyoyev qeyd edib ki, 100 toyuq hər gün ən azı, 50 yumurta verəcək. Ailə bunun onunu yeməli, 40-ı isə satmalıdır. «Onda bizdə yoxsul ailə olmayacaq», – deyə Mirziyoyev ölkənin ən yoxsul rayonunda çıxış edərkən bildirib.

Bundan başqa, o dəqiqləşdirib: «Biz adamları bu kursu təqib etməyə inandıra bilsək, onda hər kəs uzun bir ömür yaşayacaq».

Onun əmri hələlik buna səbəb olub ki, «Radio Free Europe/Radio Liberty»nin videosundan göründüyü kimi, şəbəkə portalları onu lağa qoyur.

Çoxsaylı tənqidçilərin sözlərinə görə, Mirziyoyevin sələfi İslam Kərimov qəddar diktator idi. Özbəkistan «Economist Intelligence Unit» analitik mərkəzinin demokratiya indeksində uzun illər boyu ən aşağı sətirləri tutub. Son zamanlar bu siyahıda ən aşağı yerdə Şimali Koreya durur, Özbəkistan isə 167 ölkənin bu siyahısında  aşağıdan onuncu yeri tutur.