
Gözləri yaşardan VƏTƏN ...
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
Rusiya liderinin velikorus şovinizmi artıq ifrat həddinə çatıb
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Türk Dövlətləri Təşkilatının üzvü olan hər iki ölkə strateji münasibətlərə malikdirlər. Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir. Xüsusən də son illər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur.
İqtisadi əlaqələrə gəldikdə isə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub. Bu 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir. Pandemiya ilində ölkələr 82 milyon 318 min dollarlıq dövriyyəyə malik olublar. Bununla belə, Azərbaycan və Özbəkistan pandemiya dövründə öz aralarındakı ticari dövriyyələrini qoruyub saxlaya və hətta artıra biliblər. Belə ki, 2019-cu ildə dövriyyə 81 milyon 962 min dollar idi.
2011-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib. Bu əvvəlki ilə nisbətən 32.5 faiz artım deməkdir. Mərkəz Asiya dövlətinə isə ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etmişik və burada da 44.9 faiz artım qeydə alınıb.
Xarici ticari əlaqələrin strukturuna gəldikdə isə, Azərbaycan Özbəkistandan ötən il 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb. Bununla bərabər təzə meyvə (829 min dollar), paltaryuyan maşınları (538.7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504.9 min dollar), ayaqqabı (131.9 min dollar), təzə tərəvəz (51.1 min dollar) də idxal məhsulları arasındadır.
İxracatımıza gəldikdə isə ötən il 7 milyon 51 min dollarlıq şəkər məhsulları Özbəkistana göndərilib. Pandemiyadan öncə 4 milyon 864 min dollarlıq etilen polimerləri, 621.9 min dollarlıq sürtgü yağları da dost ölkəyə ixrac olunub.
Gözlənilir ki, son dövlət səfəri münasibətlərin daha da dinamik inkişaf etməsinə zəmin yaradacaq və tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha sıx faydalanacaqlar.