3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
13:15 | 22 iyun 2022 | Çərşənbə
Məqaləyə 1302 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Prezident İlham Əliyevin Özbəkistana səfər edib. Bu ölkə ilə mövcud potensialın böyük hissəsi istifadəsiz qaldığından Bakı-Daşkənd arasında ən yüksək səviyyədə rəsmi görüşlərə ehtiyac böyük idi.
Özbəkistan Xəzərin şərq sahilindən cəmi 120-150 km məsafədədir. Əhalisi bizdən 3-4 dəfə çox (35.3 milyon), sahəsi isə 5-6 dəfə böyük (489 min kv.km.) olan bir ölkədir.
Özbəkistan dünyanın 182 dövləti ilə ticarət əməkdaşlığı edir və nəticə olaraq 2021-ci ildə onun xarici ticarət dövriyyəsi 16 faiz (5,8 milyard dollar) artaraq Azərbaycandan daha çox olub. Belə ki, 2021-ci ildə Özbəkistanın xarici ticarət dövriyyəsi 42,1 milyard, Azərbaycanınkı isə 35,5 milyard dollar təşkil edib.
Göründüyü kimi həm Azərbaycanın, həm də Özbəkistanın normal ticari dövriyyələri var. Amma gəlin baxaq görək, eyni coğrafiyada olmalarına rəğmən ticari əlaqələr yetərlidirmi? Azərbaycanın xarici ticarətində Özbəkistanın payı heç 0,5 faizə də çatmır. Bu nə bizim, nə də Özbəkistan üçün yetərli deyil. Deməli, iqtisadi əlaqələrin genişləndirilməsinə ehtiyac var.
Mövcud imkanlar və məsafə yaxınlığını nəzərə alsaq, bu payı ciddi artırmaq potensialı böyükdür. Ən əsas ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, birgə investisiya layihələrinin təşviqi kimi məsələlər öz həllini tapa bilər. Nəqliyyat və tranzit sektorunda imkanlarının dəyərləndirilməsi isə hər iki ölkə üçün daha çox önəmlidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizi faktorları Azərbaycanı tranzit ölkə kimi Özbəkistan üçün vacib ölkəyə çevriləcək. Təbii ki buradan Azərbaycanın öz maddi qazancı və strateji mənfəətləri olacaqdır.
***
Odur ki, bu görüşün formatı Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və KOB sahəsində əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, 2023-cü ildə yüksələn xətlə artan iqtisadi əlaqələrin real effektini 2024-cü ilin iki ölkə arasında olan ticarət dövriyyəsində görə biləcəyik.