vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
15:49 | 19 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada rekord istilər, meşə yanğınları

İqlim dəyişikliyi isti dalğalarının daha intensiv olmasına səbəb olur

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniya və Fransada iri meşə yanğınlarına səbəb olmuş rekord istilər Britaniyaya da yayılıb. Bu ölkədə ən isti gecə qeydə alınıb. İyulun 18-də İspaniyada meşə yanğınlarında iki nəfər həlak olub, yanğınların söndürülməsinə təyyarələr, yanğınsöndürənlər cəlb edilib.

İsti dalğası İspaniyada və qonşu Portuqaliyada yüzlərlə ölümə səbəb olub. Adətən sərin keçən İtaliyanın şimalında da quraq günlər uzanır.

Daha çox mülayim havaya, yağışa adət etmiş milyonlarla britaniyalı üçün iyulun 18-dən 19-na keçən gecə rekord isti yaşanıb. Bu gün isə ölkədə 40 dərəcə Selsi proqnozlaşdırılıb.

Britaniyanın Meteorologiya Agentliyi ilkin nəticələrə əsasən ötən gecə ölkənin bəzi yerlərində ilk dəfə olaraq temperaturun 25 dərəcədən yuxarı olduğunu bildirib.

Bu həftə Britaniyada hava şəraiti o qədər kəskin olacaq ki, qatar operatorları istinin dəmiryolu xətlərinə təsir göstərə biləcəyini deyiblər. Bəzi məktəblərdə isə uşaqların sərinlənməsi üçün hovuzlar quraşdırılıb.

Fransada rekord isti ölkənin cənub-qərbində meşə yanğınlarının söndürülməsini çətinləşdirib.

Daha çox şəhər boşaldılıb, 14 min 900 nəfər mümkün yanğın ərazilərindən çıxarılıb.

Alimlər iqlim dəyişikliyi səbəbindən isti dalğalarının daha intensiv olduğunu deyirlər.

Həftəsonuna Balkan regionunda bərk istilər gözlənir, artıq sporadik yanğınlar baş verir.