Aİ-dən İrana yeni sanksiyalar
“Əmininin ölümündə əli olanlar məsuliyyət daşımalıdır”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Avropa İttifaqı (Aİ) həbsdə olan gənc qadının ölümü və ardınca ümummilli etirazların amansızlıqla yatırılmasına görə, İranın informasiya naziri, ölkənin əxlaq polisi və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.
Blok oktyabrın 17-də rəsmi inzibati səhifəsində 11 nəfərin və 4 qurumun adı daxil olmaqla, sanksiyalara məruz qalanların siyahısını dərc edib.
Siyahıya əxlaq polisi adlanan yüksək vəzifəli məmurlar, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbiləşdirilmiş “Bəsic” qüvvələri və milli polisin uniformalı bölməsi daxildir.
Tehran oktyabrın 17-də sanksiyalara “dərhal” cavab verəcəyini vəd edib.
Məhsa Əmini baş örtüyünü düzgün taxmadığı iddiası ilə sentyabrın 16-da Tehranda əxlaq polisi tərəfindən nəzarətə alındıqdan üç gün sonra vəfat edib. Şahidlər onun təhlükəsizlik işçiləri tərəfindən döyüldüyünü gördüklərini deyib
Lakin hökumətin rəsmi hesabatında Əmininin ölümünə səbəb başına və ya başqa yerlərinə vurulan zərbələr deyil, xəstəliklə əlaqəli olduğu bildirilib. Ailəsi isə 22 yaşlı gəncin nəzarətə götürülərkən sağlamlığının yaxşı olduğunu iddia edib.
Onun ölümündən sonra hökumətin təhlükəsizlik qüvvələrinin hər hansı iğtişaşa qarşı sərt davranacağına dair xəbərdarlıqlarına baxmayaraq, iranlılar hökumətin onlara qoyduğu məhdudiyyətlərə etiraz etmək üçün bütün ölkə boyu küçələrə çıxıb.
Sentyabrın 25-də Avropa İttifaqı “Əmininin ölümündə əli olanlar məsuliyyət daşımalıdır”, – deyə bəyanat yayıb.
Avropa İttifaqı həmçinin İran rəsmilərini İnternetə çıxışı “ciddi” şəkildə məhdudlaşdırdığına görə ifadə azadlığını pozmaqda ittiham edib və bildirib ki, o, “Məhsa Əmininin öldürülməsi və İran təhlükəsizlik qüvvələrinin nümayişlərə reaksiyası ilə bağlı ixtiyarında olan bütün variantları nəzərdən keçirəcək”.
Osloda yerləşən İran İnsan Haqları Qrupu oktyabrın 17-də bildirib ki, repressiyalar zamanı 27-si uşaq olmaqla, azı 215 nəfər həlak olub.
İran hökuməti heç bir sübut təqdim etmədən etirazların arxasında Qərbin dayandığını deyir.
ABŞ, Britaniya və Kanada insan haqlarının pozulmasına görə artıq İrana qarşı sanksiyalar elan edib.