vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
15:41 | 5 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 1093 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada “çirkli pul” araşdırması

25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı Polis Təşkilatının (“Europol”) koordinasiyası ilə 25 ölkədə çirkli pulların yuyulması və kuryerlərə qarşı keçirilən əməliyyatda 2469 nəfərin saxlanıldığı, 8755 pul kuryerinin müəyyən edildiyi bildirilib.

“Europol”dan verilən yazılı açıqlamada, çirkli pulları yuyan və kuryer işə götürən 222 nəfərin, 8755 pul kuryerinin müəyyən edildiyi, onlardan 2469 nəfərin saxlanıldığı bildirilib. Təxminən 1800 müxtəlif bank və qurumun dəstək verdiyi əməliyyatda 4089 şübhəli prosesdən 17,5 milyon avroluq “çirkli pul”un ələ keçirildiyi qeyd edilib.

Avropa Bankçılıq Federasiyası (EBF), Avropa Birliyinin Məhkəmə Əməkdaşlıq Agentliyi (Eurojust) və İnterpolun dəstəyi ilə keçirilən əməliyyata Aİ-yə üzv dövlətlərin təhlükəsizlik qüvvələri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Sinqapur, Honq-Konq və Moldova təhlükəsizlik bölmələri də daxil edilib. Məhkəmə-tibbi araşdırma aparıldığı barədə məlumat paylaşılıb.

Günahsız insanların “çirkli pulların yuyulması” alətinə çevrilməsinin qarşısını almaq istəyən “Europol” bu gündən etibarən “#DontBeaMule” (kuryer olmaq) həştəqi ilə sosial mediada maarifləndirməyə çalışacaq.

“Europol” bundan əvvəl “çirkli pulların yuyulması” cinayəti ilə mübarizə üçün “Avropa pul kuryeri aksiyası” adı altında 7 əməliyyat həyata keçirmişdi.