Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:18 | 27 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 3574 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiyalı tanınmış jurnalist və siyasi şərhçi Maksim Şevçenkonun səsləndirdiyi son fikirlər geniş müzakirələrə səbəb olub. O tam təsdiqlənməsə də, ölkəsinin Ermənistana verdiyi ehtimal edilən «İsgəndər» raketlərinin Cənubi Qafqaz üçün təhlükə mənbəyi olan «Metsamor» Atam Elektrik Stansiyasını qoruduğunu dilə gətirib.
Onun bu açıqlamasının mümkünlüyü barədə mövqelər müxtəliflik təşkil edir. Naxçıvandan cəmi 50 kilometr məsafədə yerləşən «Metsamor» AES-in ermənilərin əlində Azərbaycana qarşı əsas təhdid faktoru olduğunu, bu baxımdan rus şərhçinin açıqlamasının təsadüf olmadığı qeyd olunur. Azərbaycan tərəfin bu təhdid mənbəyini aradan qaldırmaq üçün cavab tədbirləri görməsinin vacibliyindən söz açılır. Ermənilərin məhz atom elektrik stansiyasına görə bəzi hallarda arxayın olduqları bildirilir. Yəni bor növ Azərbaycanın bu məsələdə ehtiyatlı davranacağını düşünürlər.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov açıqlamasında rus şərhçinin fikirlərinin cəfəng olduğunu bildirdi: «İsgəndər» raketləri əməliyyat taktiki raketləridir. Bunlar hava hücumlarından müdafiə sisteminin raketləri deyil. Digər tərəfdən, Azərbaycanın Ermənistandakı Atom Elektrik Stansiyası ilə nə işi var? Azərbaycan o dərəcədə tərbiyəsiz deyil ki, onların bu Atom Elektrik Stansiyası partlasa, onun qurğusunda nasazlıq olsa, radioaktiv axın baş versə, Azərbaycana da xələl gətirər. Bu şübhəsizdir. Bu baxımdan Şevçenko düzgün fikirlər səsləndirmir. Digər tərəfdən hələ sübut etmək çətindir ki, ermənilərin silahlanması üçün «İsgəndər» raketləri alınıb, ya yox. Çünki biz paradlarda görmüşük ki, onların heyətləri hansılardır. Sözsüz ki, «İsgəndər» raketləri digər dövlətləri təhdid etmək, qorxu altında saxlamaq üçün olan silahdır».
Y.Aydəmirov Azərbaycanın daha modern silahlarının olduğunu də dilə gətirdi: «Azərbaycanın «İsgəndər» adında olmasa da, başqa ona oxşar, ondan da səviyyəli olan modernləşdirilmiş digər raket sistemləri var. Onların adını açıqlamaq istəmirəm. Təkcə bir sistem deyil. Ermənilər «İsgəndər»dən xalqı sakitləşdirmək üçün istifadə edirlər. Bu amil ermənilərin arxayınlaşması üçün əsas faktordur. Ən savadsız insan belə bilir ki, Azərbaycanın gücü nədən ibarətdir, Ermənistan gücü nədən ibarətdir. Eləcə də, bizim və onların silahlı qüvvələrinin güclərin də hər kəsə məlumdur. Azərbaycan və Ermənistanın nə vaxta qədər müharibə aparmaq gücünə qadir olduqları da heç kəsə sirr deyil. Ermənilərin maddi texniki təminat bazaları varmı? Silah-sursat cəhətdən ehtiyatları varmı? Səfərbərlik ehtiyatlarının da nə yerdə olduğunu bilməyən yoxdur. Bütün bu sualların cavabını onlar da yaxşı bilirlər. Ona görə də bu cür qondarmalar edirlər. Onlar heç bir zaman Azərbaycanla ayaqlaşa bilməyəcəklər. Dediklərim təbliğat sözləri deyil. Biz olan şeyləri deyirik. Onlar bizimlə ayaqlaşmaq üçün bu cür cəfəng fikirlər səsləndirirlər. Azərbaycan bir gündə onların bütün sistemlərini susdura bilər, əgər onlar komanda alsalar. Azərbaycan ermənilərin yerləşdiyi bütün istiqamətlərə sarsıdıcı zərbə endirmək iqtidarına qadirdir. Kifayət qədər silah var, özü də bu silahların çoxu yeni alınmış, müasir silahlardır. Amma Ermənistanda bu imkanlar yoxdur. Ona görə onlar dillərinə güc verirlər. Görünür sözləri də tükənib, analitikləri pul və başqa vasitələrlə bu tərzdə danışdırırlar. Bu sözlərin Azərbaycana da təsir etmədiyini bilməmiş deyillər. Sadəcə özləri-özlərini arxayınlaşdırırlar. Ermənilərin rəhbərləri nə qədər küt olsalar da, heç vaxt müharibəyə girişməzlər, sözsüz ki, havadarı tərəfindən təhrik edilməsələr. Əgər bu olarsa, cavab zərbəsi kimi on, yüz qat demirəm, çox sarsıdıcı bir zərbə ola bilər. Bunu bilə-bilə heç vaxt o addımı atmazlar».