Braziliya qarışdı...
Almaniya böyük hesablı məğlubiyyətdən hiddətlənən azarkeşlər iğtişaşlar törətdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maskı soydular
Braziliyalı hakim “X” platformasına tətbiq etdiyi 3 milyon avro cəriməni milyarderin digər şirkətinin bank hesabından çıxarıb
-
Qərbdən Ukraynaya mənəvi dəstək
ABŞ və Böyük Britaniya xarici işlər nazirləri Kiyevə gedib
-
Son 70 ilin ən ciddi fəlakəti
Braziliya quraqlıq və meşə yanğınları ilə mübarizə aparır
-
Qaçaq yolla 3,1 ton qızıl
Braziliyada qanunsuz dəstəyə basqın edilib
-
Qadın nazir kişi naziri qısnamada ittiham edir
İnsan haqlarına cavabdeh Almeyda bir çox şəxsə qarşı cinsi təcavüzdə günahlandırlır
-
Braziliyada “X”ə qadağa
Ölkənin ali məhkəməsi qanuni nümayəndə təyin etməyən platformaya girişi bağlayıb
-
“Demokratik idarəçiliklə bir araya sığmır”
“X” Braziliyadakı ofisini dərhal bağlamağa qərar verdi
-
Venesuelada yeni seçki müzakirələri
Braziliya prezidenti Lula da Silva təklifinə Baydendən dəstək
-
Pele reanimasiyadadır
Bütün dünya futbol əfsanəsi üçün dua edərkən, o özü nə deyib?
-
Dünyanın turizm cənnəti yanır
7 milyona yaxın insanın yaşadığı şəhər fəlakətlə üz-üzə
-
VAR kimə var, kimə yox?
FİFA futbolu NBA-laşdırır
-
Blinken FIFA-nı tənqid etdi
ABŞ Dövlət katibi Dünya Çempionatındakı qol sarğısı qərardan narazıdır
-
Parayı verən düdüğü çalar
İnfantino gözlənilməz cavabla Qərbin ikiüzlülüyünü qınayıb
-
Neymarın vergisi ...
... Və Saldananın aqibəti
-
FİFA-ya çağırış
“İran dünya çempionatından kənarlaşdırılmalıdır”
-
BRİKS-də fərqli maraqlar var
Birlik sadəcə fikir mübadiləsi üçün bir platformadır
Braziliya yığmasının dünya çempionatının yarımfinalında Almaniya qarşısında biabırçı məğlubiyyətə uğraması ölkədə iğtişaşlara səbəb olub.7-1 hesablı məğlubiyyətdən sonra üsyan edən azarkeşlər küçələrə tökülüb. San-Paulu və Recife şəhərlərində azarkeşlər əsəblərini mağazaları soymaqla sakitləşdiriblər. Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. San-Pauluda azarkeşlər bələdiyyə avtobuslarını yandırıb, küçələrdə maşın təkərlərinə od vurmaqla Braziliya yığmasına və FİFA-ya etirazlarını bildiriblər.
Kopakabanada insanların təşvişə düşməsini fürsət bilən oğrular çimərlikdə oyunu seyr edən azarkeşlərin çantalarını oğurlayaraq qaçmağa başlayıblar. Millinin məğlubiyyətinin acığını oğrulardan çıxmaq istəyən çoxlu sayda azarkeş oğruları qovmağa başlayıb. Polis oğruların linç edilməsinə imkan verməyib, onları qızğın azarkeşlərin əlindən alıb. Yeddi oğru həbs olunub. Polis vertolyotları azarkeş qruplarının toplaşdığı ərazilərin üzərində uçuşlar keçirərək ərazini işıqlandırıblar. Ölkədə lokal miqyaslı daha bir neçə iğtişaş qeydə alınıb. (APA)