

ABŞ Dövlət katibi Dünya Çempionatındakı qol sarğısı qərardan narazıdır
Yarıhəvəskar ağsaqqallardan gənc peşəkarlara
İldə 2 trilyon büdcəsi olan bazar nəyə qadir ola bilər
Yaxud 50 dərəcə temperaturda “hazırlanan” ləzzət ...
İnfantino gözlənilməz cavabla Qərbin ikiüzlülüyünü qınayıb
... 2 milyona
“İran dünya çempionatından kənarlaşdırılmalıdır”
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
.. Yaxud ev üçün darıxırıq nağılları
FİFA 2026-cı il Dünya Çempionatının keçiriləcəyi şəhərləri müəyyənləşdirib
“Bu günə qədər komanda idman növündə böyük uğurlara nail ola bilməmişik”
İlham Əliyev: “Sizin qələbəniz çox böyük qiymətə layiqdir”
“Biri vardı, bir yoxdu”suz başlayan ...
Bizdən geri olan Malta da, Latviya da bizə qalib gəlir
FİFA İrana qarşı tələb irəli sürdü
Başlanmasına 200 gün qalan mundialın təqvimi də məlum oldu
Futbol NBA (National Basketball Association – Milli Basketbol Assosasiyası) yolu ilə gedir. Bu əlbəttə futbol üçün yaxşı deyil. Çünki futbolun öz ruhu və atmosferi var. NBA isə “Hollywood”dur, yəni ulduzların şousu.
Maraqlanmayanlara çatdırmaq istərdim ki, futbolda NBA-dan fərqli olaraq az da olsa ədalət var.
Misal üçün NBA-da ulduzların cərimələrə immuniteti var. Yəni ulduz basketbolçular cərimə etsələr, onlara bu bağışlanır.
Misal üçün Maykl Cordannın məşhur “spin move” hərəkəti var idi. Spin move topla qaçmaqdır. Topla qaçmaq isə cərimədir. İngiliscə basketbolda topla qaçmağa “traveling” deyilir.
Maykl Cordanın “spin move” etməsi “traveling” olsa da bu ona bağışlanırdı. Çünki o Cordan idi. Bu kimi məqamlar digər ulduz basketbolçularda olurdu.
Misal üçün məşhur 2002-ci ilin “pleyoff”unda LA Lakers – Sacramento Kings 6-ci oyunu hakim biabırçılığı idi.
Əgər hakimi azacıq ədalətli olsaydı, Sacramento o oyunu udmalı idi. Amma hakim oyunu oğurlayıb verdi, Leykersə. Çünki Los Angeles Lakers-in məşqçisi məşhur Fil Cekson, heyəti isə ulduzlardan ibarət var idi.
Ən əsası da Leykers 3-cü dəfə ardıcıl çempion olmalı idi.
Liqa bunu istəyirdi. Çünki ulduzlar məğlub olmamalıdır.
FİFA da futbolu NBA-laşdırır.
Qana ilə oyunda Kristian Ronaldo epizodunda şübhəli cərimə, amma VAR-a baxılmır. Çünki C.Ronaldo qol vurmalıdır.
Messiyə şübhəli epizodda VAR-a baxılır.
Amma Almaniya oyununda baxılmalı epizodda baxılmır.
FİFA İki ortasəviyyəli Argentina-Portuqaliya komandalarını finala dartıb çıxarsa, heç təəccüblənmərəm. Argentina-Portuqaliya finalı FİFA-ya sərf edir.
Futbolun NBA-laşması çox pisdir. Bu futbola vurulan böyük zərbədir.