


UNESCO-da kimin daha çox irs nümunəsi var?
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
UNESCO suala nöqtə qoyub
İranda on milyonlarla soydaşımızın ana dilində təhsil hüququ yoxdur
Azərbaycana qarşı növbəti qərəz
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
Hacı Zeynalabdin Tağıyevin təvəllüd tarixindəki qeyri-müəyyənlik nə ilə bağlıdır?
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
“Tarixi irsimizin dünyada tanıdılmasında böyük nailiyyətlər əldə edilib”
Prezident Azərbaycan xalqını təbrik edib
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeşin Rabat şəhərində keçirilən 17-ci sessiyasında Türkiyənin təqdim etdiyi 1 milli nominasiya, həmçinin Türkiyənin iştirakı ilə təqdim edilmiş 3 çoxmillətli nominasiya təşkilatın müvafiq siyahılarına salınıb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir.
Xatırladaq ki, noyabrın 29-da sessiyada Türkiyənin “Ahlat ənənəvi daş ustalığı” milli nominasiyası UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib.
Dekabrın 1-də isə UNESCO Hökumətlərarası Komitəsi Türkiyə və Azərbaycanın birgə müraciəti əsasında “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiyasının “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınması barədə qərar qəbul edib.
Bundan əlavə, Türkiyənin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birgə təqdim etdiyi “Hoca Nəsrəddin lətifələrini söyləmək ənənəsi” nominasiyası, habelə Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Tacikistan, Türkmənistan və Özbəkistanın birgə təqdimatı əsasında “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” elementi “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”ya salınıb.
Beləliklə, Türkiyənin qeyri-maddi mədəni irsi ilə bağlı UNESCO-nun siyahılarına daxil edilən elementlərin ümumi sayı 25-ə çatıb. Onlardan 23-ü “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”nda, 2-si isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”nda yer alıb.
Nazirlikdən o da bildirilib ki, Türkiyə UNESCO-nun mədəni irs siyahılarında ən çox elementi qeydə alınan üç ölkədən biridir.