Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
19:36 | 2 iyul 2022 | Şənbə
Məqaləyə 16385 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna borşu milli mətbəx və qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-nun qoruması altına alınıb.
Bu barədə qərar iyulun 1-də UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbədənkənar iclasında qəbul olunub. İclasda “Ukrayna borşunun hazırlanması mədəniyyəti” elementi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu, eyni zamanda Rusiya ilə Ukrayna arasında uzun illərdən bəri davam edən “Borş kimindir?” mübahisəsinə UNESCO tərəfindən nöqtə qoyulması deməkdir.
UNESCO-nun bu qərarı Rusiya-Ukrayna müharibəsinin qızğın çağında verməsi onun həm də siyasi mahiyyətli olduğunu göstərir.
“Borş üçün mübarizə hələ müharibədən əvvəl başlamışdı. Rusiya rəsmiləri üçün “ekstremizmin və nasizmin təzahürü” olan borşumuz indi rəsmi olaraq Ukraynanındır və UNESCO-nun himayəsi altındadır”, – deyə Ukraynanın mədəniyyət və informasiya naziri Oleksandr Tıkaçenko bildirib.
Ukrayna naziri qeyd edib ki, bundan sonra dünyada heç bir restoran öz menyusunda “borş, rus şorbası” kimi yemək adı qeyd edə bilməz. “Amma biz borşu və onun reseptlərini bütün sivil ölkələrlə bölüşməkdən məmnun olacağıq”, – deyə o əlavə edib.
Bu arada Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da borşun Ukrayna milli yeməyi kimi UNESCO-nun siyahısına salınmasına münasibət bildirib. O xatırladıb ki, borş haqqında ilk yazılı qeyd XVI əsrdə Dansiq (indiki Qdansk) şəhərindən olan alman əsilli tacir Martin Qruneveqə məxsusdur. M.Qruneveq 1584–1585-ci illərdə qələmə aldığı yol qeydlərində borşu “Kiyevin rus əhalisinin yeməyi” kimi təqdim edib.
“Borş bişirən bütün Ukrayna ailələri artıq dünya mədəni irsini yeyirlər. Arzu edən hər kəsi qonaq edə bilərik. Amma vermərik...” – bunu isə Ukrayna xarici işlər nazirinin müavini Emine Cabarova (Krım tatarı) deyib.