İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:48 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 1334 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Almaniyanın Hamburq əyalətinin kəşfiyyat xidməti illik təhlükəsizlik hesabatında İranın “Alexander J” adlı iranlı-almaniyalı vasitəsilə 1 milyon avro dəyərində qeyri-qanuni texnologiya əldə etdiyini açıqlayıb.
Bununla da İran hökumətinin nüvə danışıqları ilə bağlı öhdəlikləri pozduğunu bildirib.
Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu da Hamburq Kəşfiyyat Xidmətinin 2021-ci ilin sentyabrında Aleksandr J. barəsindəki “təhlükəli tapıntılar” adlı “dosye”sini təsdiqləyib.
İnstitutun araşdırmasına görə, bu şəxsin hərəkətləri İranın raket və nüvə proqramları üçün maddələr əldə etmək üçün ticarətə nəzarət qanunlarından və digər ölkələrin sanksiyalarından yan keçmək üçün davamlı səylərini ortaya qoyur.
Qeyd edək ki, bundan öncə iyun ayının əvvəllərində Almaniya kəşfiyyatı İran hökumətinin nüvə texnologiyası əldə etmək səylərini artırdığı barədə hesabat yaymışdı.
Hesabatda bildirilir ki, İran öz raket və nüvə proqramlarını inkişaf etdirmək üçün Almaniya torpaqlarında qeyri-qanuni texnologiya və materiallar əldə etmək üçün səylərini gücləndirib.
Almaniya Təhlükəsizlik Xidmətinin Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosunun açıqladığı hesabatda İranın Almaniyada nüvə və raket proqramlarında istifadə olunan qadağan olunmuş texnologiya və material əldə etmək səylərinin əhəmiyyətli dərəcədə artdığına dair danılmaz dəlillərə malik olduğunu bildirib.