


BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
UNESCO-da kimin daha çox irs nümunəsi var?
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
“Artıq bizim üç qızımız var”
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
Prezident və birinci xanım hava limanında baş çəkdi
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
Beynəlxalq qurum xoşməramlı səfiri itirdiyini sonra anlayacaq. Fəaliyyətində sönüklük müşahidə ediləndə, toplantılarının keçirilməsinə ölkə tapmayanda. Elə vaxtlar olub ki, təklif edilən ölkələr qurumun tədbirini keçirməkdən müxtəlif bəhanələrlə imtina ediblər. Lakin Mehriban xanım Əliyeva tədbirin Azərbaycanda keçirilməsinə razılıq verib, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. 18 illik xoşməramlı səfirlik müddətində Azərbaycan-UNESCO əlaqələrində dinamika müşahidə olunub. Bütün bunlar ona görə edilirdi ki, UNESCO qarşılıq versin, maraqlarımıza uyğun addımlar atsın.
UNESCO-nun onlarla xoşməramlı səfiri var. Lakin Mehriban xanım onlardan fərqlənib. İstər təşkilatın tədbirlərində yüksək səviyyədə iştirakına, quruma hörmət gətirən dəyərli təkliflər verdiyinə, eləcə də dünyanın mədəni irsinə daxil olan abidələrin bərpası və yeni görkəmə salınmasında göstərdiyi fədakarlığa görə. Lakin nə edəsən ki, UNESCO-nun indiki rəhbəri Odri Azule Fransa prezidentinin ermənipərəst siyasətini davam etdirməyə üstünlük verdi.
Düz 30 ildir ki, UNESCO Qarabağ bölgəsinə missiya göndərmir ki, erməni vandallarının Azərbaycanın mədəni irsini dağıtmasını əks etdirən qiymətləndirmə sənədi ortaya qoyulsun. Belə bir sənədin qəbul edilməsi gələcək tarixə ibrət xarakteri sayılar. Vaxtilə Azərbaycan tərəfi UNESCO-ya müraciət edəndə, qurumun rəhbəri Kouşiro Maatsura tərəfindən reaksiya verilmişdi ki, ərazilər işğal altında olduğundan missiyanın göndərilməsi çətinlik törədir. Bəs axı indi Qarabağ və ətraf rayonlar işğaldan azad edilib və tam rahat şəraitdə nümayəndə heyətinin göndərilməsi mümkün idi. Lakin UNESCO yenə missiyanı göndərmədi. Səbəb ermənipərəst siyasətdir. Azərbaycanın birinci vitse-prezidenti qurumun rəhbəri Odri Azuleyə məktubunda xoşməramlı səfir titulunu işlərinin çoxluğu ilə əlaqələndirsə də, əslində UNESCO-nun ikili siyasət yürütməsinə diplomatik dillə etirazını çatdırdı. Azərbaycan tərəfi nə istəyirdi? Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması UNESCO-nun sənədində əksini tapsın.
Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərmədi.
Beləliklə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva xoşməramlı səfir titulundan imtina etdi. İtirən yalnız UNESCO oldu.