
“Təbii örtük münasib qiymətə ola bilər”
Bunu bu işin eksperti deyir
Bunu bu işin eksperti deyir
“Real Madrid” rəsmi olaraq açıqladı
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
...yaxud bir bölgə klubunun süqutu fonunda vicdanların çarmıxa çəkilmiş sınağı
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
Uduzmağı qüruruna sığışdırmayan Joze Morurinyodan Okan Buruka səviyyəsiz davranış
Davinson Sançesdən möhtəşəm reaksiya
Rusiya mətbuatı dünəndən Vasili Berzutskini Tovuzun “Turan” kulubuna baş məşqçi “təyin etməyə” çalışır. İndi isə onun “Sabah”da Krunoslav Renduliçin xələfi olacağı deyilir. Bəlkə də hansısa doğru çıxacaq, ancaq dəqiq olan pul qazanmaq üçün hər yola əl atan menecerlərin əla təbliğat kampaniyası aparmasıdır.
Berezutski yaxşı futbolçu olub, məşqçi kimi isə özünü sübut etməmiş biridir. Klublarımızı “təcrübə dovşanı”na çevirməyək. Onsuz da illərdir sıradan əcnəbilər Azərbaycandan layiq olmadığı milyonları daşıyıb, həqiqətən iş bacaran, uğur qazanmaq potensialı olan mütəxəssislərə güvənək.
Nikola Yurçeviçin və ya Milan Obradoviçin Azərbaycandan gedəndən sonra haradasa işlədiyini eşitmisiz? Onlar ölkəmizdə böyük pullar qazanan çoxsaylı əcnəbilərdən yalnız ikisidir. Berezutski də fərqli olmayacaq, menecer hiylələrinə uyub daha bir neçə ili boşa verməyək.
İki il öncə Aleksandr Kerjakovu da bu cür reklam edirdilər. Gah gənclər yığmamıza, gah “Sumqayıt”a, gah da “Səbail”ə gətirmək üçün min hoqqadan çıxdılar. Həmin vaxtdan bəri 3 ölkədə 3 fərqli klubda işləyib, heç birində də 5 aydan çox duruş gətirməyib.