Gənc nəsil dünyanı qorxulu yer kimi görür
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
17:04 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 199 dəfə baxılıb
Şriftin ölçüsü
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Tramp administrasiyasının qəfil və yüksək tarifləri Asiyanın ixraca əsaslanan iqtisadiyyatlarını kökündən sarsıtdı. Vyetnam, Tayland və Kamboca kimi ölkələr böyümə hədəflərini təhdid edən bu addım üçün həll yolları axtarırlar. Bir çox Asiya ölkələri ABŞ-la danışıqlar aparmaq üçün sıraya düzülüb, lakin bəzi ölkələrin “danışıq rıçaqları” belə yoxdur.
Vyetnama 46 faiz, Taylanda isə 37 faiz verginin tətbiqi bu ölkələrin ixraca əsaslanan iqtisadiyyatlarına böyük zərbə vurdu.
Hər iki ölkə Çinə tətbiq edilən tariflərdən sonra artan investisiyalardan faydalanıb. İndi həmin sistem bu ölkələrdə böyük iqtisadi böhrana zəmin hazırlayır. ABŞ-ın tarifləri Taylandda xüsusilə ağır hiss olunacaq.
Vyetnamın baş naziri Pam Minh Chinh bu gün Nazirlər Kabinetinin fövqəladə iclasından sonra tarifləri həll etmək üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
“Bizim artım hədəfimiz dəyişməyib, lakin bu tarif səviyyəsi bizim iqtisadi modelimizə qarşı birbaşa təsir edəcək”.
Ölkənin etalon fond indeksi 6,7 faiz ucuzlaşıb ki, bu da son üç ilin ən kəskin gündəlik itkisidir. Ölkənin pul vahidi Donq tarixi minimumuna düşüb.
Taylandın baş naziri Paetonqtarn Şinavatra, “Biz danışıqlar aparmalıyıq. Detallar haqqında danışmalıyıq. Bu səviyyədə qalsa, böyümə hədəfimizə çata bilməyəcəyik”, – deyib.
Tayland bu il 3 faiz artım hədəfləyir. Amma keçən il zəif daxili tələb və yüksək təsərrüfatların borcu səbəbindən cəmi 2,5 faiz artıb. Tariflərdən sonra ölkənin birja indeksi və baht valyutası yenidən dəyər itirdi.
Kamboca 49 faiz tarifi ilə ən çox zərər çəkən ölkələrdən biri olub. Xüsusilə toxuculuq və ayaqqabı istehsalında xarici ölkələrdən asılı olan ölkə, sərmayələrini bölgə daxilində dəyişdirərək yeni bir böyümə hekayəsi qurmağa çalışırdı.
Lakin adı açıqlanmayan bir investisiya məsləhətçisi “Reuters” agentliyinə, “Bu, ölkə üçün çox ciddi vəziyyətdir. Bizim danışıqlar aparmaq üçün heç bir təsir rıçaqımız yoxdur”, – deyib.
Amerikanın atdığı bu addımlar təkcə Asiya bazarlarını deyil, Avropanı da silkələdi. “Adidas” və “Puma” kimi şirkətlər 9 faiz dəyər itirib.
“Pandora” kimi Asiyada istehsal edən şirkətlərin səhmləri 12 faiz ucuzlaşıb. Yaponiyada “Nikkei 225” indeksi korreksiya ərazisinə daxil olub. Trampın yapon məhsullarına 24 faizlik gömrük rüsumunun tətbiqi qərarı ölkənin işgüzar dairələrini həyəcanlandırıb.
“Fitch Ratings”dən Olu Sonola, “Bu, təkcə Amerika üçün deyil, bütün dünya üçün oyun dəyişdiricidir. ABŞ-ın idxal üzrə orta tarif dərəcəsi 1910-cu ildən bəri görülməmiş bir səviyyə olan 22 faizə yüksəldi”, – deyib
“Bir çox ölkələr tənəzzülə girəcək. İqtisadi proqnozların çoxunun yanlış olduğu sübuta yetirilib. Görünür, bu vəziyyəti düzəltmək üçün yalnız qızıl qalıb”, – Sonola deyib.