
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
“Manchester City” dünyanın ən güclü klubudur
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
... Yaxud qalib gəlmək mümkün idimi?!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
“Qarabağ”ın Qarayevindən ağır sözlər
Uman yerdən küsmək məsəli
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
Futbolu ümid oynamır
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
Yuxu deyil. Çempionlar Liqasının qrupu üçün rəqib seçmək vaxtıdı. Kim gəlir, gəlsin... Qurban Qurbanovun göz yaşları eyni dəqiqələrdə sevincini bu cür ifadə edən milyonların timsalında bir nümunə idi.
Hərə bir cür sevinir – qonaqlıq verəni də var, dəli kimi qışqıranı da, ağlayanı da, yuxu olar qorxusu ilə özünü çimdikləyəni də. Amma reallıqdı. «Qarabağ» bunu bacardı. Sponsoru, rəhbərliyi, məşqçiləri, futbolçuları, texniki-inzibati heyəti ilə birlikdə.
Bu, bir günün zəfəri deyil. «Qarabağ» illərdi bu yolda addımlayır, hər il əvvəlki nəticələrini daha da yaxşılaşdırır. Və hamısı gərgin əməyin, saf niyyətin, əzmkarlığın, peşəkarlığın nəticəsidi. «Qarabağ» klub modeli üçün nümunədi, uğur simvoludu və artıq Azərbaycanın ən böyük klubudu.
Siyasi arenada 20 ildi bacarmadığımızı «Qarabağ» bu uğuru ilə etdi. «Qarabağ» (Ağdam, Azərbaycan) - ən azı 6 matçda bütün dünya bu həqiqəti görəcək, xəbərdar olacaq, nəticə çıxaracaq. Yaxşı təbliğat kampaniyası aparsaq, didərginlər, qaçqınlar, işğalçılar haqda da bir çox həqiqətləri bütün dünyaya çatdıracağıq. Amma sırası ilə - hələlik böyük zəfərin ləzzətini yaşayaq...
Yəqin ki, «Qarabağ» dövlət rəhbərliyi səviyyəsində qəbula layiq bilinəcək. Xahiş edirik, ora AFFA rəhbərliyindən kimsəni buraxmayın, onlara klubun uğurlarına şərik olmaq imkanı verməyin. AFFA rəhbərliyi şuralaşma ilə ölkədə futbolu məhv etdiyi bir vaxtda «Qarabağ» həm də onlarla döyüşə-döyüşə Avropada zəfər qazandı. Onlar bu klubu sıxdıqca, klubları monopoliyasına aldıqca, çempionat iştirakçılarının sayını azaltdıqca, bölgələrdə futbolu ləğv etdikcə «Qarabağ» daha da böyüdü. Və indi ortada fantastik uçurum, fərq var – Qurban Qurbanov hamıya yuxarıdan aşağı, həm də mikroskopla baxır.
Futbol bütün dünyada həm də gəlirli biznes sahəsidi. «Qarabağ» bu baxımdan da hamıya nümunədi. Ağdamlılar həm bütün ölkə əhalisini sevindirdi, həm də bir illik büdcəsini artıqlaması ilə geri qaytardı. 25 milyon manatdan çox pul UEFA tərəfindən klub qruplara qaldığı üçün ödənəcək, hələ əlavələr də olacaq. Bu pul sponsorların xərcə düşmədən klubu daha 1-2 il yaşatmasına, inkişaf etdirməsinə kifayətdi.
Hörmətli, AFFA rəhbərliyi, işi bilənlərə tapşırın. Rövnəq Abdullayev, Qurban bəyə ilk dəfə siz güvənmisiz, bu da nəticəsi. Axı, siz adamtanıyansız, niyə daha sonra əsl vətənpərvər oğullarımıza yox, «qaquliklər»ə etibar etdiz ki, onlar da ölkə futbolunu bu günə qoydular? İndi SOCAR 5 elita klubunun, eləcə də bütün divizion klublarının yaşaması üçün 20-30 milyon manat xərcləyir, «Qarabağ» isə o pulu meydanda, həm də xalqı sevindirərək, ölkənin imicini qaldıraraq qazanır. Qoy bu da örnək olsun: Pulu UEFA-dan alarlar, SOCAR-dan yox!
Təşəkkürlər, Gözəl ailəsi... Təşəkkürlər, «Qarabağ» rəhbərliyi... Təşəkkürlər, Qurban Qurbanov... Təşəkkürlər, futbolçular... Təşəkkürlər, bütün klub əməkdaşları... Hər səhəri belə açaq!!!