
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
ABŞ Dövlət katibi Entoni Blinken FIFA-nın Dünya Kubokunda oyunçuları inklüzivliyi və müxtəlifliyi dəstəkləyən qol sarğıları taxdıqları təqdirdə sarı vərəqə ilə hədələmək qərarını tənqid edib.
Qətərli həmkarı ilə birgə mətbuat konfransında danışan Entoni Blinken deyib ki, “biz ifadə azadlığına hər hansı məhdudiyyət gördükdə... bu, həmişə narahat edir”.
“Bu, xüsusilə də müxtəliflik üçün və inklüzivlik məsələsinə gəldikdə doğrudur. Və mənim fikrimcə, heç olmasa futbol sahəsində heç kim bu dəyərləri dəstəkləmək və öz komandasında oynamaq arasında seçim etmək məcburiyyətində qalmamalıdır”, – deyə Blinken Dohada Diplomatik Klubda bildirib.
FİFA Blinkenin açıqlamaları ilə bağlı şərh haqda müraciətə dərhal cavab verməyib.
“Bir Sevgi” (“One Love”)kampaniyasına dəstək üçün qollarına sarğı taxan ilk oyunçuların bazar ertəsi meydançaya çıxmasına bir neçə saat qalmış futbolun idarəedici orqanı onlara dərhal sarı vərəqə göstəriləcəkləri barədə xəbərdarlıq edib. Bunlardan ikisi oyunçunun həmin oyundan qovulması və sonrakı oyuna buraxılmaması ilə nəticələnir.
Bazar ertəsi heç bir oyunçu Avropanın yeddi komandasının turnirdən əvvəl onları taxmağı planlaşdırdıqlarını bildirməsinə baxmayaraq ,”Bir Sevgi” sarğılarını taxmayıb. İngiltərə millisinin futbolçusu Harri Keyn İranla matçda kompromis kimi təklif edilən FİFA tərəfindən təsdiqlənmiş “Ayrı-seçkiliyə yol verilmir” yazılı sarğı taxıb.
Blinken Qətərə bazar ertəsi gəlib və burada dünya çempionatına həsr olunmuş gənclər arasında futbol proqramına qatılıb. Daha sonra o, bazar ertəsi gecə ABŞ-ın Uelslə oyununu izləyib.
Blinken FİFA-nı açıq şəkildə tənqid etsə də, Qətərlə daha təmkinli mövqe nümayiş etdirib. Enerji ehtiyatları ilə zəngin olan bu Yaxın Şərq ölkəsi turnirdən əvvəl miqrant işçilərlə rəftarına və gey və lezbiyanlar arasında cinsi əlaqənin kriminallaşdırılmasına görə tənqid edilib.
“Biz bilirik ki, işçilər, o cümlədən bir çox miqrant işçilər olmasaydı, bu Dünya Kuboku sadəcə mümkün olmazdı”. Blinken bildirib. “Qətər son illərdə işçi hüquqlarını genişləndirmək üçün əmək qanunlarında əhəmiyyətli addımlar atıb”, – o əlavə edib.