vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
18:21 | 4 sentyabr 2015 | Cümə Məqaləyə 1301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təngə gəlmişəm...»

Məşhur aktyor Fransanı tərk edib avtoritar ölkəyə köçür

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur fransız aktyoru Jerar Depardye bütün əmlakını sataraq Fransanı birdəfəlik tərk edir. Aktyor restoranlarını və yaşadığı mülkü də satandan sonra Belarusa köçüb orada yaşayacağını bildirib.

Demokratik Fransadan avtoritar Belarusa köçməyini isə məşhur aktyor ölkəsinin vergi siyasətindən təngə gəlməsi ilə əlaqələndirib: «Hakimiyyətə satılmış jurnalistlər istisna olmaqla fransızları sevirəm. Amma bu ölkəni tərk etməyə qərar vermişəm. Mən vergilərin istifadə şəklindən razı deyiləm. Ona görə də bu ölkədə əmlakımın olmasını istəmirəm. Hazırda İtaliyadayam və tezliklə Belarusa köçəcəm. Belarus - yaraşıqlı prezidenti olan gözəl ölkədir».

Departye tək Fransanı yox, ümumilikdə Avropadakı hökumətləri tənqid edib: «Avropanın bu vəziyyətə düşməsi heç xoşuma gəlmir. Söhbət tək Fransadan yox, həm də İtaliya, Almaniya və başqa ölkələrdən gedir. Avropa özü də özünü sevmir. Ona görə də həm yerlilərlə, həm miqrantlarla problem yaşayır. Siyasilərin insanlara qarşı ikrah duyması mənə pis təsir edir».

Qeyd edək ki, 66 yaşlı aktyor bu günə qədər 200-ə yaxın filmə çəkilib. 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Depardyeyə vətəndaşlıq verib. Bu ilin iyulunda isə Ukrayna onu «persona non-qrata» elan edib.