vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
19:44 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atəşkəs bitdi

Hələbdə hərbi əməliyyatlar bərpa edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Hələbdə üç gün davam edən humanitar fasilədən sonra döyüşlər yenidən başlayıb. Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə Qrupu hava hücumları, quruda hərbi əməliyyatlar və artilleriya hücumlarının keçirildiyini bildirib.

Qrupun bildirdiyinə görə, qədim şəhərinhökumətin nəzarətində olan qərb hissəsi və üsyançıların nəzarət etdiyi şərq hissəsi boyu cəbhə xəttinin bir neçə yerində toqquşmalar baş verib. Müşahidə Qrupu Suriya və Rusiya hərbi təyyarələrinin hücumlarının başladığı haqda məlumat verib.

Üsyançıların qrupu hücumların həyata keçirilməsindən öncə mülki vətəndaşlara hökumətin nəzarətində olan yerlərə getməmək barədə xəbərdarlıq edib.


Tibbi evakuasiya dayandırılıb


BMT Hələbdə cümə günü planlaşdırılmış təxliyyə planını şəhərdə döyüşən tərəflər qarantiyalar vermədiyinə görə təxirə salmağa məcbur olduğunu bildirib.

Hələbin şərq hissəsində 250 min mülki vətəndaşın həyat əhəmiyyətli təchizata, yüzlərlə insanın isə tibbi müalicəyə ehtiyacı olduğunu və təxliyyə edilməli olduğunu bildirib.

BMT və Qırmızı Xaç Cəmiyyətinin təchizatla dolu yük maşınları yüklərin təhlükəsiz şəraitdə çatdırılmasına qarantiyaların verilməsini gözləyərək həftələrdir Türkiyə sərhəddində durub.

Atəşkəsin bir hissəsi olaraq Suriya ordusu mülki əhalinin şəhərdən təhlükəsiz çıxışını təmin etmək üçün səkkiz dəhliz açıb. Bu dəhlizlərdən ikisi tərksilah olub şəhəri tərk etmək istəyən üsyançı döyüşçülər üçün nəzərdə tutulub. Dəhlizlərdən biri Türkiyəyə, digəri isə üsyançıların nəzarətində olan İdlib vilayətinə aparır.

Median bu dəhlizlərdən mülki əhali və üsyançılar tərəfindən çox az istifadə edildiyi haqda məlumat verib.