vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
09:55 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“BMT yenilənməlidir”

Quterreş “Gələcəyin Zirvəsi” ərəfəsində qlobal institutları islahat etməyə çağırıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş “BMT-nin Gələcəyin Zirvəsi Sammitinin Qlobal Çağırışı” onlayn tədbirinə videomüraciət göndərib. Quterreş bəyan edib ki, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək sammit öncəsi qlobal institutların islahatı əsas əhəmiyyət kəsb edir.

“BMT Təhlükəsizlik Şurası keçmişdə ilişib qalıb. Beynəlxalq maliyyə arxitekturası təsirsiz və etibarsızdır”, – deyən Quterreş mövcud beynəlxalq sistemin bir çox məsələ ilə məşğul olmaq üçün kifayət etmədiyinə diqqət çəkib.

Quterreş bəyan edib ki, “Gələcəyin Zirvəsi” sammiti daha güclü çoxtərəfli sistem qurmaq üçün bir fürsətdir.

Qlobal institutların islahatlarının əsas əhəmiyyət kəsb etdiyini vurğulayan Quterreş gələcək nəsillər üçün həmrəyliyə daha çox ehtiyac olduğunu vurğulayıb.

Quterreş qeyd edib ki, yeni dövrün çağırışları ilə mübarizə aparmaq üçün BMT də yenilənməlidir.

“Gələcəyin Zirvəsi”nin təqdim etdiyi fürsətdən istifadə etməyin zəruri olduğunu bildirən Quterreş üzv ölkələrdən hazırda müzakirə olunan razılaşmaları dəstəkləmələrini istəyib.

Sentyabrın 22-23-də BMT Baş Assambleyası çərçivəsində “Gələcəyi Zirvəsi” sammitinə ev sahibliyi edəcək. BMT Baş Assambleyasında 190-dan çox ölkənin lideri ayın 24-dən başlayaraq çıxış edəcək.