vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:46 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 737 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu müharibə cinayətdir»

Suriyanın rəqib qüvvələri Hələbi hökumətin mühasirəsindən çıxarmağa çalışır

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın rəqib qüvvələri Hələbin hökumətin mühasirəsindən çıxarmaq cəhdlərini davam etdirir. Bu arada şəhər ətraflarına havadan zərbələr endirilir.

Rəqib qüvvələrin komandiri Əbu Mustafa Fransanın xəbər agentliyinə bildirib ki, mühasirənin sındırılmasına bir neçə gün qalır.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu şəhərin hökumətin nəzarətində olan qərb hissəsində qızğın döyüşlər getdiyini və rəqib qüvvələrin irəliləyiş əldə etdiyini deyib.

Qrup dünənki döyüşlər nəticəsində 15 mülki vətəndaşın öldürüldüyünü, 100-dən çox adamın yaralandığını bildirib.

BMT-nin baş katibi Pan Gi Mun cümə axşamı Suriyadakı məktəbə qarşı çoxu uşaq olmaqla, 30 nəfərin ölümü ilə nəticələnən hava hücumu ilə bağlı təhqiqata çağırıb.

«Qəsdən törədilibsə, bu, müharibə cinayəti hesab ediləcək» deyə, Pan Gi Mun bildirib.

Britaniyanın sabiq baş naziri Qordon Braun insidentin müharibə cinayəti kimi araşdırılmasını tələb edib. O, hücumu son iki il ərzində Suriyanın 98 məktəbinə qarşı hücumlardan ən ağırı adlandırıb.

Ağ Evin sözçüsü Con Ernest hücumun Əsəd rejimi və ya Rusiya tərəfindən həyata keçirildiyinin bəlli olmadığını bildirib. Lakin Rusiyanın Müdafiə Nazirliyi Rusiyanın hadisə və hadisə yerində görünən Rusiya dronunun hücumla əlaqəsi olduğunu inkar edib.

Qırıcı təyyarələr İdlib vilayətindəki kəndə havadan 6 hücum həyata keçirilib. Məktəb kompleksinə qarşı hücum 6 müəllim və 22 şagirdin ölümünə səbəb olub.