vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
07:05 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Kişinyova doğru irəliləyir

Moldovada prezident seçkiləri qurtardı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə keçirilib. Virtualaz.org xatırladır ki, prezident kürsüsü uğrunda seçkilərin oktyabrın 30-da keçirilən birinci turunda ən çox səs toplamış iki namizəd - sosialistlərin lideri İqor Dodon (47,98 faiz) və Həmrəylik və Fəaliyyət Partiyasının sədri Mayya Sandu (38,71 faiz) mübarizə aparıb.

Qeyd edək ki, İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Alina Russa TASS-a bildirib ki, seçki qurtarıb və saat 21:00-da bütün seçki məntəqələri (xarici ölkələrdə olanlar istisna olunmaqla) bağlanıb. İlkin məlumatlara görə, seçici fəallığı 53 faizi ötüb. Bu isə birinci turdakından 4 faiz çoxdur.

Artıq ilkin nəticələr də var. Bülletenlərin 69 faizi hesablanandan sonra məlum olub ki, İqor Dodon 57,8 faiz səs toplayıb. Onun rəqibi Maya Sandu 42,1 faiz səs toplaya bilib.

Xatırladaq ki, ikinci turda ən çox səs toplayan namizəd 4 il müddətinə prezident seçiləcək.