vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
17:32 | 23 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kiçik Marşall planı”

... Yaxud Gürcüstanda, Ukraynada və Moldovadakı sinxron proseslər

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftənin sonunda demək olar ki, eyni vaxtda eks-prezident M.Saakaşvili haqqında iki xəbər oxuduq. Birincisində deyilirdi ki, bəs, Saakaşvili prezident V.Zelenskiyə mane olmamaq və onun partiyasının şanslarını artırmaq üçün partiyasının seçkidə iştirakını dayandırıb.

Əlbəttə ki, bu çox mübahisəli bir məqam idi, çünki bəzi politoloqlar hesab edirdi ki, o, parlament seçkilərində iştirak etməklə Ukrayna prezidentinə daha çox kömək edə bilərdi, nəinki seçkiləri kənardan seyr etməklə.

Elə politoloqlar da tapıldı ki, onlar bu xəbərdə Saakaşvilinin V.Zelenski ilə sövdələşməsinin əlamətlərini tutdular - guya V.Zelenskinin gələcək komandasında Saakaşvilinin də adı hallanır...

Prinsipcə, belə mülahizələr xeyli ehtimallı görünə də bilərdi, əgər bir başqa məqam olmasaydı. Digər bir xəbərdən belə məlum oldu ki, Moldovanın yeni baş naziri Saakaşvililə əməkdaşlıq etmək, hüquq-mühafizə orqanları kimi çox mürəkkəb sahənin islahatını ona tapşırmaq qərarına gəlib.

Bizim əlbəttə bu son xəbərin mahiyyətinə varmaq, yeni zəmində Saakaşvilinin şanslarını qiymətləndirmək fikrimiz yoxdur. Məlum olanı budur ki, Gürcüstanın eks-prezidenti təklifə çox diqqətlə yanaşıb, hətta deyilənə görə, ilkin razılığını da verib. Amma həmin xəbərdən o da bəlli olurdu ki, Moldovanın prezidenti birmənalı şəkildə bəyan edib ki, onun ölkəsində yüksək vəzifələrə ancaq moldovanlar təyin oluna bilər.

Beləliklə, Saakaşvilinin personası ətrafında yeni siyasi qalmaqalın işarələri görünür - bu dəfə artıq Moldovada.

Düşünürük ki, Saakaşviliyə də elə bu lazımdır, ona görə ki, moldovanların təklifi istər-istəməz elə Ukraynada da ona marağı artıracaq və beləliklə, əgər bir neçə ildən sonra, daha yetkin yaşlarında Saakaşvili durub BMT-nin baş katibi olsa belə, biz buna təəccüblənmərik, hərçənd, BMT-də onun Rusiya kimi bir rəqibi var.

Hesab olunurdu ki, Gürcüstan-Rusiya müharibəsindən sonra Qərbin Saakaşviliyə marağı tamam itibdir, çünki bu adam aşkar şəkildə Rusiya ilə Qərb arasında toqquşma yaratmağa çalışmışdı və hətta Qərbin siyasi dairələri ondan ehtiyatlanmağa başlamışdı. Amma belə demək mümkün görünürsə, Saakaşvili onlara anlatdı ki, siz hələ məni xatırlayacaqsınız...

Birincisi, “Gürcü arzusu” eks-prezidentin tərəfdarlarını tamam darmadağın edə bilmədi - onlar bu gün də Gürcüstanın əsas müxalif qüvvələri olaraq qalırlar.

İkincisi, tez bir zamanda Saakaşvilinin həyatında Ukrayna siyasi epopeyası başladı: bir vaxt Ukraynada adi tələbə olan M.Saakaşvili əvvəlcə Odessanın qubernatoru oldu, sonra isə o vaxtkı Ukrayna prezidentinin əsas siyasi opponentlərindən birinə çevrildi, çünki çox təəssüf ki, P.Poroşenko özünün oliqarx keçmişə və vərdişilə vidalaşa bilmədi.

Nəticədə M.Saakaşvili demək olar ki, Ukraynadan qovuldu - o Ukraynadan ki, onu nəvazişlə ikinci vətəni adlandırırdı. Hamı düşündü ki, artıq hər şey bitibdi, Saakaşvili artıq “siyasi meyit”dir, amma zaman göstərdi ki, onun əleyhdarları vaxtından əvvəl toy-bayram edirlər - gürcü siyasətçisi hələ son sözünü deməyibdir və o, hələ qayıdacaqdır və həqiqətən də qayıtdı.

Zaman göstərdi ki, onun Ukrayna prezidenti ilə qarşıdurmasının səbəbini heç də Saakaşvilinin ağır və iddialı xarakterində aramaq lazım deyil. Ukraynalılar Poroşenkonu ikinci müddətə seçmədi və səslərini daha gənc və bir az da qeyri-ənənəvi siyasi fiqur olan V.Zelenskiyə verdilər.

Tez bir zamanda məlum oldu ki, M.Saakaşvilinin yenidən Ukraynaya dönməsi üçün heç bir maneə yoxdur. Hiss olunurdu ki, Ukraynanın yeni prezidenti ona xoş münasibət bəsləyir və yeni hakimiyyət Saakaşvili ilə bağlı hətta bəzi formal məqamlara göz yumdu: bütün problemlər tez zamanda həll olundu, vətəndaşlığı qaytarıldı, partiyası qeydiyyata alındı.

İndi isə Moldovadan təklif gəlib. Şəxsən bizdə belə təəssürat yaranıb ki, Gürcüstanda, Ukraynada və Moldovada nəinki oxşar, hətta sinxron proseslər gedir, hansısa “gizli əl” bu ölkələrdə qayda yaratmaq istəyir ki, onları yeni inteqrasiya mərhələsi üçün hazırlasın. ABŞ-ın yaxın planları haqqında artıq yazmışıq. Diqqətəlayiq haldır ki, siyasi dairələrdə bu yeni plana “kiçik Marşall planı” da deyirlər.

Aydın məsələdir ki, belə mürəkkəb vəziyyətdə, nə vaxt ki, üç GUAM ölkəsində anti-Rusiya vektorunu ciddi şəkildə gücləndirməyə ehtiyac yaranıbdır, Rusiyaya qarşı hələ də tərəddüd edən və tam müəyyənləşməmiş Ukrayna, Gürcüstan və Moldova hökumətlərinə və siyasətçilərinə təsir etmək üçün hətta M.Saakaşvili fenomeni də effektiv təzyiq vasitəsi ola bilər. Odur ki, maraqlı proseslər hələ qabaqdadı - necə deyərlər, darıxmayacağıq...