vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:00 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1087 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

275 min dinc sakin ölümlə üzbəüzdür

ABŞ Moskva və Dəməşqi Hələbə zərbə endirməyi dayandırmağa çağırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ rəsmiləri iddia edir ki, Hələbdə yerləşən xəstəxanalara zərbələr Rusiya və Suriya hərbi hava təyyarələri endirib və bunu dayandırması üçün rəsmi Moskvadan Əsəd hakimiyyətinə təsir etməyə çağırır.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi, qiyamçılara məxsus olan ərazilərdə müqavimət ocaqlarını tam məhv etmək üçün prezident Bəşər Əsədin irimiqyaslı hərbi əməliyyatlara başlamasının mümkünlüyü haqda xəbərdarlıq edib.

Onun sözlərinə görə bu, ABŞ-da yeni prezident yanvarın 20-si posta keçdikdən sonra baş verə bilər.

Vaşinqtonda keçirilən brifinqdə dövlət nümayəndəsi John Kirby-nin dediyinə görə, onlar bombalanma haqqında məlumatları «Sərhədsiz həkimlər», İnsan haqları üzrə Suriya monitorinq mərkəzi kimi humanitar yönlü mərkəzlərdən, həmçinin Amerika hökumətinin əlaqə saxladığı fərdi insanlar və kəşfiyyat vasitələrindən əldə edirlər.

«Bizim orda nə baş verməsi haqqında aydın təsəvvürümüz var», cənab Kibry deyib.

«Kimsə orda xəstəxananı bombalayıb. Biz bilirik ki, bu nə Koalisiyadır, nə də ABŞ. Yerdə iki tərəf qalır- Suriya ya da Rusiya və ya başqaları», dövlət departament nümayəndəsi deyib.

Bunlarla yanaşı Kibry deyib ki, Rusiya Bəşər Əsəd hakimiyyətini dəstəklədiyinə görə istənilən halda məsuliyyət daşıyır.

O əminliklə qeyd edib ki, Rusiya Suriya prezidentinə təsir gücündən istifadə edərək qanlı hadisələri dayandırmaq iqtidarındadır.

«Biz ötən dəfə gördük ki, ruslar bunu istəyəndə onlar Əsədə güclü təsir edə bilirlər», cənab Kibry vurğulayıb.

Rəsmi Moskva deyilənləri «həyasız yalan» adlandıraraq onlara qarşı irəli sürülən iddiaları qətiyyətlə rədd edir və Rusiya hərbisi əmin edir ki, artıq bir aya yaxındır ki, onlar Hələbə zərbə endirmir.

Bu həftənin əvvəlində Suriya hökuməti BMT-nin Hələb şəhərindəki ağır döyüşləri dayandırması təklifini rədd edib. Bu təklif şərq bölgələrdəki üsyançı qüvvələrin çıxarılmasından sonra müxalif qüvvələrin qorunub saxlanamasına xidmət edirdi.

Çərşənbə axşamı günü, BMT-nin xüsusi nümayəndəsi Stefan de Mistura Bəşər Əsədə tabe olan hərbi qüvvələrin Hələbin şərq hissəsinə doğru irimiqyaslı əməliyyata başlaması ehtimalları haqda narahatlıqlarını ifadə edib.

«Yanvarın 20-nə qədər baş verənlər məni həddindən çox narahat edir», cənab De Mistura deyib.

Onun sözlərinə görə münaqişənin artması hələ də Hələbdə yaşayan 275 min dinc sakin üçün ən faciəvi nəticəyə gətirib çıxara bilər.