Kiselyovun dili başına bəla oldu
Kreml, Obama haqqında deyilən irqçi fikirləri dəyişdirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiyada yaşamaq iznini asanlaşdıran fərman
Üstünlük hansı əcnəbilərə şamil olunacaq?
-
Köhnəlmiş qlobal rəhbərliyinin davamı
Demokrat Kamala Harrisin prezidentliyi beynəlxalq problemdir
Rusiyanın dövlət televiziya kanalının əsas xəbər verilişində ABŞ prezidenti Barak Obama barəsində səsləndirdiyi irqçi fikirlər, Kremlin «baş təşviqatçısının» gözdən düşməsinin səbəbi ola bilər.
Dimitri Kiselyov, Rusiyada son illərdə Qərbə və liberallaşmaya qarşı tənqidi fikirləri ilə məşhurdur.
Bu vaxt ərzində o, dəfələrlə homoseksualları ələ salıb, xarici liderləri alçaldan fikirlər səsləndirib və hətta, ABŞ-ın «radioaktiv külünü» təmizləməyin Rusiya üçün mümkün qabiliyyət kimi qiymətləndirib.
Görünən odur ki, bu cür açıq danışmaq onun işinə yarayıb. Ölkənin dövlət kanalı «Rossiya 1»də Həftənin Xəbərlərini apardığı kimi o, həm də «Rossiya Segodnya» (Rusiya Bu Gün) adlı beynəlxalq xəbər agentliyin baş direktorudur.
«Meşə» şərhi
Lakin ötən bazar yayımlanan Həftənin Xəbərlərində Kiselyov, görünür ki, həddi aşıb.
O, ABŞ-da yeni seçilmiş prezident Donal Tramp ilə Obamanın seçkilərdən bir neçə gün sonra, Ağ Evdə görüşünü şərh edib və Trampın təmkinli hərəkətlərini tərifləyərək onun bir «ingilis lordu» kimi davrandığını deyib.
Obama isə əksinə, tanış və yüngülxasiyyət davranış tərzinə görə Kiselyov tərəfindən tənqidə məruz qalıb.
«O, qollarını sanki meşədəymiş kimi hərəkət etdirirdi,» Rusiya kanalının şərhçisi deyib.
İrqçi tonda səslənən bu sözlər, şərqi Rusiyada yayımlanan Həftənin Xəbərlərində təqdim olunub və eləcə də, dövlət kanalı «Rossiya 24»ün «YouTube» hesabına yerləşdirilib.
Verilişin Moskvada yayımlanmasına qədər Kiselyov bu hissəni yenidən lentə almalı olub.
«Meşə» ifadəsinin əvəzində o, Obama-nı «New York metrosunda bu cür oturuşun kişi dominantlığını nümayiş etdirdiyinə görə qadağan olunan» bir formada - ayaqları aralı oturduğu üçün tənqid edib. O, həmçinin ABŞ prezidentinin qollarını sanki «açıq havadaymış» kimi hərəkət etdirdiyini söyləyib.
Rusiyanın şərqində yayımlanan verilişlərin Moskvadakından fərqli olmasına tez-tez rast gəlinir. Bəzi hallarda isə dəyişikliklər televiziya sahiblərinin senzurası və ya Kremldən gələn əmrlər əsasında olur.
«Zərərli ritorika»
Obama-ya qarşı irqçi şərhinin aradan qaldırılması, son həftələr ərzində yaşananlar kontekstində Kiselyovun, gözdən düşdüyünə işarədir.
Oktyabrda yerli siyasətçilər, onun 1956-cı il macar üsyanının Qərb tərəfindən idarə olunan «talan» iddiasını təkzib etmişdilər.
Bir gün sonra isə prezident Putin, Valday Beynəlxalq Müzakirə Klubunda Ekonomist-in müxbiri Arakdiy Otrosvskinin sualını cavablandırarkən, Kiselyovu tənqid etmişdi.
Ostrovski, müəllifini adını çəkmədən Kiselyovun «radioaktiv kül» ifadəsinin televiziyada nüvə müharibəsi ritorikası səsləndirməsinin nə dərəcə doğru olduğunu Putindən soruşub.
«Bu, zərərli ritorikadır və mən bunu xoş qarşılamıram», Putin cavab verib.
Yeni Kremlin Baş Qərargah rəisinin müavini Serqey Kiriyenko da Kiselyovun nüvə ritorikasına tənqidi münasibət bildirib.
«Prezident Administrasiyası bənzəri ismarışlara qarşıdır və onları səsləndirənləri cilovlayacaq,» Kiriyenko siyasi ekspertlərlə noyabrın 2-si baş tutan görüşdə bildirib.
Kiselyovun növbəti bazar günü yayımlanacaq Həftənin Xəbərlərinə çıxıb-çıxmayacağı sual atındadır.
Regionun internet səhifələrindən biri olan Ura.ru əsasən, o, Ural şəhəri Kurqanda noyabrın 25-i baş tutacaq media forumunda xəstəlik səbəbi ilə iştirak etməyəcəyini bildirib.