«Obamanın iflasa uğrayan Suriya siyasəti»
«Qərbin hökmranlığı başa çatır, «səhnəyə» Rusiya qayıdır...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiyada yaşamaq iznini asanlaşdıran fərman
Üstünlük hansı əcnəbilərə şamil olunacaq?
«Qərbin və liberal-demokratik ideyaların hökmranlığı başa çatır və dünya arenasına Rusiya qayıdır…» Bu fikirlər nüfuzlu «The Washington Post» qəzetində dərc olunan məqalədəndir. Məqalədə qeyd olunur ki, dünya səhnəsindəki bu dəyişiklik «soyuq savaşın» ardından müşahidə olunmağa başlayıb.
«ABŞ-ın öz mövqelərini itirdiyini görmək üçün çox uzağa getmək lazım deyil. Hələbə baxmaq kifayət edir. Birləşmiş Ştatlar bəyanat verməklə məşğulkən Rusiya ələ keçirilmiş şəhərə zərbələr endirdi. Moskva oktyabrın 18-də Hələbə aviazərbələri dayandırdığını elan etdi. Lakin Suriya hökumət qüvvələri şəhərə girməyə davam etdilər. Nəticədə Hələbin şərqində – 90 min insanın yaşadığı ərazi noyabrın 29-da yaraqlılardan azad edildi», – deyə müəllif yazır.
«Meydanı avtoritar rejimlərə ötürdülər»
«Washington Post» qeyd edir ki, bu tendensiya «Qərb triumfu»nun sonunu göstərir. Və bu hal eynilə Avropada da müşahidə olunur:
«Qərb daxili problemlərə diqqətini kökləməklə meydanı avtoritar rejimlərə – Rusiya, Çin və İrana ötürüb. Avropa ölkələri sanksiyalardan usanmağa başlayıb. Prezident Obama tərəfindən həyata keçirilən Rusiyanın izolə edilməsi prosesi isə heç nəyə yaramır. Bunu dövlət katibi Con Kerrinin Moskvaya mütəmadi səfərlər etməsi də təsdiqləyir».
Müəllif Avropa Birliyinin də gələcəyinə dair bədbin olduğunu bildirib: «Dünyadakı nəhəng demokratik klub sayılan Avropa Birliyinin özü tezliklə çökmək təhlükəsi ilə üzləşib. Dörd bir yanda «Brexit» təhlükəsi böyüməkdədir».
«Əsəd qalib gələcək»
«The İndependent» isə yazır ki, Suriyada Rusiyanın da yaxından dəstəyi ilə Əsəd qalib gələcək. Qərb isə uduzduğu və münaqişəni bu qədər uzatdığı üçün utanc duymalıdır.
Müəllif qeyd edir ki, Hələbin böyük hissəsinin Suriya hökumət qüvvələri tərəfindən ələ keçirilməsi münaqişənin başladığı vaxtdan bu yana ən ciddi hadisədir. Lakin nədənsə Qərb bunu görməzdən gəlməyə çalışır.
"Suriyanın hökumət qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə Hələbi tam ələ keçirməyə doğru gedirlər. İndi belə bir sual yaranır. Bundan sonra ABŞ, Avropa Birliyi, Britaniya və başqaları Suriyadakı «mötədil» adlandırdıqları müxalifətə dəstək üçün yenidən barışıq çağırışı edəcək? Onlara yenə silah, canlı qüvvə vəd edəcək? Yoxsa nə qədər qəddar da olsa, onları rahat buraxıb qaçılmaz olanın bir an əvvəl baş verməsinə imkan verəcək?
Birinci halda Hələbdə atəş uzanacaq. Yox əgər sadaladığım güclər ikinci variantı seçiblərsə və bunu sadəcə etiraf etmirlərsə, bunu bir yerə qədər gizlətmək mümkün olacaq».
Müəllif hesab edir ki, Obanın Suriya ilə bağlı özünü doğrultmayan siyasəti böyük bir boşluq yaratdı ki, o boşluğu da məharətlə Rusiya ələ keçirdi:
«Suriyadakı fəlakətə görə kimin məsuliyyət daşıdığı barədə sual yarananda cavab belə olmalıdır – Bəli, Əsəd başlatdı. Lakin Qərb də münaqişəni uzatdı, onun daha da xərcli və mürəkkəb olmasına şərait yaratdı».