vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
12:31 | 5 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 847 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Primakovun sözünə qulaq assaydıq...»

Putin: «O, gələcək «ərəb baharı»nın neqativ nəticələrini qabaqcadan görürdü»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, «ərəb baharı» və onun nəticələri bəzi ölkələrin beynəlxalq hüququn normalarına əməl etməmələri səbəbindən mümkün oldu.

Virtualaz.org bildirir ki, o bunu NTV-nin «Həftənin yekunu» proqramında deyib.

Rusiya dövlətinin başçısı xatırladıb ki, Rusiyanın keçmiş baş naziri, akademik Yevgeni Primakov «gələcək «ərəb baharı»nın neqativ nəticələrini qabaqcadan görürdü».

«Əminəm ki, əgər onda qulaq assaydıq, vəziyyətin inkişafı bəlkə də belə olmazdı», - deyə o vurğulayıb.

Prezidentin sözlərinə görə, onlar hadisələrin inkişafına praktik planda necəsə təsir edə bilməzdilər, çünki həmin hadisələrə təsir etmək imkanları olduqca məhdud idi.

Putin həmçinin vurğulayıb ki, bu həm də dünya siyasi səhnəsindəki bəzi əsas oyunçuların beynəlxalq hüququn normalarına əməl etməmələrinin və daha çox öz geosiyasi maraqlarına üstünlük vermələrinin nəticəsi idi.