«Yaşın nə fərqi var ki?»
Ərindən 24 yaş böyük Bricit Makron Fransanın birinci ledisi ola bilər
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
Son 5 ildə Fransa birinci ledisiz yaşayır. Lakin yaxın günlərdə hər şey dəyişəcək. Hər kəs seçkilərin ikinci turuna kimlərin qalacağı barədə ehtimallar səsləndirərkən, ictimaiyyətin diqqəti birinci ledi olmağa əsas namizəd - Bricit Makrona yönəlib.
Modern.az-ın məlumatına görə, hazırda prezidentlik uğrunda iddialara qoşulan Emmanuel Makron özündən 24 yaş böyük Bricitlə Fransanın şimalında yerləşən Amyen şəhərindəki özəl məktəbdə oxuyan zaman tanış olub. 1992-ci ildə 15 yaşlı Emmanuel və onun 39 yaşlı ədəbiyyat müəllimi Bricit arasında münasibətlər tədricən sevgiyə çevrilmişdi. Təbii ki, Makronun valideynləri yaş fərqini nəzərə alaraq, övladlarının seçiminə qarşı çıxdılar. Amma hər şeyi yoluna qoymağı bacaran Makron 2007-ci ildə əvvəlki nikahdan 3 övladı olan Bricitlə ailə həyatı qurdu.
Maraqlı tanışlıq tarixçəsi ilə yanaşı, hazırda 64 yaşı olan Bricit ərinin prezidentlik kampaniyasında önəmli rol oynayır və onu prezidentlik kürsüsünə inamla aparır.
Makron həyat yoldaşının ona yol göstərdiyi açıq etiraf edir.
«Prezident olsam, o heç zaman kölgədə qalmayacaq, çünki həyatımı onunla bölüşürəm. O həmişə yanımda olacaq, tarazlığımı saxlamaqda yardımçı olacaq».
Emmanuel və Bricit Makron qeyri-adi cütlük olduqlarını heç kəsdən gizlətmirlər və tez-tez ictimaiyyət qarşısına birlikdə çıxır, jurnalistlərə həvəslə müsahibələr verirlər. Öz dərrakəsi və hazırcavablığı ilə mətbuatın sevgisini qazanan 64 yaşlı potensial birinci ledi, moda jurnalları tərəfindən də moda siması adlandırılıb.
Prezidentin sevdiyi qadınla xoş münasibətlərdə olmasının vacibliyi səlahiyyətləri başa çatmaqda olan hazırki dövlət başçısı Fransua Ollandın simasında öz təsdiqini tapdı. Adı xəyanətlərə qarışan Olland ciddi reytinq itkiləri ilə üzləşməli oldu.
Fransa 2014-cü ildə Olland və jurnalist Valeri Trierveyler boşandıqdan sonra birinci ledisiz yaşayır. 2012-ci il prezident seçkiləri zamanı Trierveyler Ollandın ən yaxın tərəfdarı kimi onun 15 kiloqram artıq çəkidən azad olmasında, imicinin dəyişməsində və nitqinin redaktə olmasında aktiv iştirak etmişdi.
Amma 2014-cü ildə hər şey dəyişdi və Trierveyler ərinin ona xəyanət etdiyini qəzet səhifələrindən oxudu. Əsəb gərginliyi keçirən Trierveyler 1 həftədən artıq xəsətxanada yatdı. Gül dəstəsi ilə xəstəxanaya gedərək keçmiş həyat yoldaşını ziyarət edən Olland üzr istəsə də, onu yenidən Yelisey sarayına dəvət etmədi. Bir qədər sonra Valeri yazdığı xatirələr kitabında Ollandı soyuq və hiyləgər şəxs adlandırdı. O, ərinin kasıblara nifrət etdiyi də kitabında qeyd etmişdi. Bundan sonra, Ollandın populyarlıq reytinqi 13 faizə qədər azalmışdı.
Valeri Trierveylerdən öncə, bu aqibətlə Sesiliya Marten (eks-prezident Nikola Sarkozinn ikinci həyat yoldaşı) üzləşə bilərdi. Sesiliya əri ilə tez-tez ictimaiyyət qarşısına çıxırdı və ərinin köməkçisi idi. Prezident kampaniyası zamanı onlar bir yerdə idi, hətta birlikdə səs vermişdilər. Lakin 2007-ci ildə prezident seçildikdən 4 ay sonra cütlük ayrılmaq qərarına gəldi. Sesiliya Marten bunun səbəbini ərinin onu unutması və münasibətlərin soyuqlaşması ilə əlaqələndirirdi. Sarkozi vəzifə başında həyat yoldaşından ayrılan ilk dövlət başçısı kimi tarixə düşdü. Boşandıqdan 6 ay sonra Sarkozi məşhur fotomodel və müğənni, «İlin ən yaxşı müğənnisi» nominasiyasında «Viktuar» mükafatı qazanmış Karla Bruni ilə ailə həyatı qurdu. Bruni ölkənin birinci ledisi oldu və sona qədər vəzifəsini uğurla icra etdi.
Prezidentliyi dövründə boşanması və yenidən evlənməsi Sarkozinin reytinqini nəinki azaltdı, əksinə müsbət təsir göstərdi.
Amma birinci ledinin ölkədə hansı rolu icra etməsi fransızları düşündürən məsələdir. Birinci ledilər rəsmi hüquqi status daşımırlar. Hesab olunur ki, onlar ölkənin siması olaraq dövlət başçısını bəzi rəsmi səfərlərə müşayiət edir və rəsmi tədbirlərə qatılır. Amma 2014-cü ildə Fransua Olland Valeri Trierveylerdən boşandıqdan sonra Fransa cəmiyyəti yenidən bu məsələ barədə düşünməyə başladı.
Bəzi fransalı siyasətçilər birinci ledi anlayışından tam imtina etməyi təklif edir. Senator Fransua Rebsamen isə birinci ledi anlayışını keçmişin qalığı adlandırmışdı. Ola bilsin ki, birinci ledinin saxlanmasına çox vəsait xərclənir. Valeri Trierveylerin sərəncamında çoxsaylı personal və ofis var idi. Parlament ölkə büdcəsindən ona ayda 19,742 avro vəsait xərcləndiyini deyib. Amma bu rəqəm Karla Bruni ilə müqayisədə azdır. Sarkozinin həyat yoldaşı ayda 60 min avro vəsaitlə təmin olunurdu.