vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AVROPA  
16:35 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 1435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Macron açıq-aşkar üstündür

Fransada yeni seçki sorğuları

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın İFOP və «Fiducial» şirkətləri prezident seçkisinin ikinci turu ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Mayın 7-də keçiriləcək ikinci turda «İrəli» hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mübarizə aparır. Aprelin 23-də keçirilmiş ilk turda Emmanuel Makronla Marin Le Pen digər 9 namizədi qabaqlayıblar.

Novator.az-ın məlumatına görə, İFOP və «Fiducial» şirkətlərinin 23-26 aprel arasında keçirdikləri sorğuya 1893 seçici qatılıb. Sorğu ikinci turda seçicilərin 72 faiznin iştirak edəcəyini göstərir. İlk tura seçicilərin 77,8 faizə yaxını qatılıb.

Namizədlərin şanslarına gəlincə, Emmanuel Makrona 60,5 faiz, Marin Le Penə 39,5 faiz dəstək verir. İlk turda Emmanuel Makron 24,01 faiz, Marin Le Pen 21,3 faiz səs alıb.

«Odoxa» şirkətinin apardığı yeni sorğuda isə Marin Le Penin reytinqinin ötən ayla müqayisədə 4 faiz artdığı bilinib. Hazırda Milli Cəbhənin liderinə vətəndaşların 33 faizi müsbət yanaşır. «İrəli» hərəkatının lideri martla müqayisədə 4 faiz geriləyib. «Odoxa»nın aprel sorğusunda Emmanuel Makrona vətəndaşların 41 faiznin rəğbət bəslədiyi ortaya çıxıb.