Qaçqın düşərgəsini günəş enerjisi işiqlandırır
«İndi hər şey daha əyləncəlidir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hökumət seçkilərdən sonra istefa verib
Baş nazir ərizəsini krala təqdim edib
-
Yalan nəticəsində tapılan şəhər
Nəbatilərin paytaxtı – Petra
-
Ermənistan vətəndaşlığı şərtləri sərtləşdirirlir
Ən çox müraciət Yaxın Şərq, Suriya, Livan və İordaniyadan olur
-
Bayden Yaxın Şərqə gedir
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
-
“İordaniya ilə birləşin!”
ABŞ-dan Fələstinə konfederasiya təklifi
-
Yaxın Şərqin təhsil problemi
Universitetlərdə yüksək göstəricilər sərgilədiklərinə baxmayaraq, qadınlar işçi qüvvəsinin cüzi kəsimini təşkil edir
-
Köhnə təkərlər yanacağa çevrilir
Günəş enerjisi ilə işləyən maşınlar
-
İsrail Əl Cəzirənin yerli ofisini bağlamaq istəyir
Telekanal son aylar ərzində bir çox hökumətin hədəfinə çevrilib
-
Suriya ordusu İraq və İordaniyaya girdi
Əsəd qüvvələri ABŞ aviasiyası ilət toqquşdu
-
6 günlük müharibə...
... İsrail üçün dönüş nöqtəsi
-
«Elektrik təhlükəsizlikdir, ...»
«...Qaranlıqdan qorunmaqdır»
-
İrana qarşı alyans
ABŞ ərəb ölkələrini bir hərbi ittifaqa yığır
-
«İki-üç il əvvəl bəziləri güman edirdi ki, ...»
İsrail dünya neft-qaz bazarının oyunçusuna çevrilmək istəyir
-
Şahzadəni Bakıda əvəzləyəcəklər
Kralın bacısı istefa verdi
-
Dünyadakı qaçqınların sayı açıqlandı
Suriya və İraq böhranı bu rəqəmi azı 10 faiz artırıb
-
Dünyada yenilənəbilən enerjiyə sahib ilk qaçqın düşərgəsi İordaniyada yerləşən Azraq düşərgəsi oldu. Azraq İordaniyada yerləşən ikinci ən böyük Suriya qaçqın düşərgəsidir. 2 il öncə düşərgə açıldığından bu yana insanlar burada elektrik enerjisi olmadan yaşayırdılar.
Lakin, artıq İKEA fondu tərəfindən maliyyələşdirilən günəş enerjisi panelləri sayəsində düşərgə elektrik enerjisi ilə təmin olunacaq.
«Bundan sonra düşərgədə elektrik enerjisindən istifadə ede biləcəklər. Elektrik təhlükəsizlikdir, qaranlıqdan qorunmaqdır. Elektrik isti havalarda sərinlik, soyuq aylarda istilik əldə edə bilməkdir».
Fərhan Nazzal isə bildirir ki, daimi enerjiyə sahib olmaq azadlıqdır.
«Elektrik enejimiz olmayana qədər biz rahatlıqla hərəkət edə bilmirdik. Gün batar-batmaz evimizdə olmalıydıq. İndi isə axşamlar rahat şəkildə qonşularımızın evinə qonaq gedə bilirik və ya onlar bizə qonaq gəlirlər. İndi hər şey daha əyləncəlidir və bu da bizi xoşbəxt edir».
Artıq uşaqlar da rahat şəkildə televizor izləyə bilirlər. Amma Anas Əhmədin fikrincə enerjinin ən böyük əhəmiyyəti başqadır.
«Ən önəmlisi təhsildir. Artıq elektrik sayəsində mənim övladlarım gecələr də oxuya biləcəklər. Həm də yayda vaqonlar çox isti olur. Amma indi ventilyator işlədə bilərik, suları soyuducuda soyuda bilərik. Və əlbəttə ki, paltaryuyanlar. Əvvəllər həyat yoldaşım paltarı əllə yumağa məcbur idi. İndi isə paltar yumaq onun üçün çox rahatdır», deyə Anas Əhməd bildirib
Günəş enerjisi panellərinin qurulması düşərgədə yaşayanlar üçün həm də iş imkanları yaradıb. Artıq 50 nəfər sakin təlim keçərək bu təsissatlarda işə başlayıblar. Onlar burda qazandıqları təcrübə sayəsində düşərgədən kənarda da iş tapa bilərlər.