Şahzadəni Bakıda əvəzləyəcəklər
Kralın bacısı istefa verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hökumət seçkilərdən sonra istefa verib
Baş nazir ərizəsini krala təqdim edib
-
Yalan nəticəsində tapılan şəhər
Nəbatilərin paytaxtı – Petra
-
Ermənistan vətəndaşlığı şərtləri sərtləşdirirlir
Ən çox müraciət Yaxın Şərq, Suriya, Livan və İordaniyadan olur
-
Bayden Yaxın Şərqə gedir
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
-
“İordaniya ilə birləşin!”
ABŞ-dan Fələstinə konfederasiya təklifi
-
Yaxın Şərqin təhsil problemi
Universitetlərdə yüksək göstəricilər sərgilədiklərinə baxmayaraq, qadınlar işçi qüvvəsinin cüzi kəsimini təşkil edir
-
İsrail Əl Cəzirənin yerli ofisini bağlamaq istəyir
Telekanal son aylar ərzində bir çox hökumətin hədəfinə çevrilib
-
Suriya ordusu İraq və İordaniyaya girdi
Əsəd qüvvələri ABŞ aviasiyası ilət toqquşdu
-
6 günlük müharibə...
... İsrail üçün dönüş nöqtəsi
-
«Elektrik təhlükəsizlikdir, ...»
«...Qaranlıqdan qorunmaqdır»
-
Qaçqın düşərgəsini günəş enerjisi işiqlandırır
«İndi hər şey daha əyləncəlidir»
-
İrana qarşı alyans
ABŞ ərəb ölkələrini bir hərbi ittifaqa yığır
-
«İki-üç il əvvəl bəziləri güman edirdi ki, ...»
İsrail dünya neft-qaz bazarının oyunçusuna çevrilmək istəyir
-
Dünyadakı qaçqınların sayı açıqlandı
Suriya və İraq böhranı bu rəqəmi azı 10 faiz artırıb
-
İordaniya kralının bacısı, şahzadə Haya əl-Hüseyn bəyan edib ki, o, Beynəlxalq Atçılıq İdmanı Federasiyasının (FEİ) prezidenti postuna üçüncü dəfə öz namizədliyini irəli sürməyəcək.
Şahzadə Haya İordaniyanın mərhum kralı (indiki kralın atası) Hüseynin qızı və Dubay şahzadəsi Məhəmməd bin Rəşid əl-Məktumun arvadıdır.
Virtualaz.org saytı xəbər verir ki, şahzadə Haya bu beynəlxalq idman federasiyasının prezidenti vəzifəsinə 2006-cı ildə seçilib. Federasiyanın nizamnaməsinə görə, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.
Lakin bu ilin aprelində federasiya şahzadəyə üçüncü dəfə seçilmək imkanı yaratmaq üçün öz nizamnaməsini dəyişdirib. Bununla belə şahzadə bildirib ki, o, üçüncü dəfə öz namizədliyini irəli sürməyəcək və fəaliyyətini BMT-nin humanitar layihələrinə, o cümlədən Qəzzaya cəmləşdirəcək.
«Bizim regionda vəziyyət gərgindir və hazırda çox acınacaqlıdır. Mənim FEİ prezidenti kimi fəaliyyətim regiondakı humanitar böhrana vaxt ayırmağa imkan vermir. Bu həftə mən Qəzzaya humanitar yardım və digər tədbirlərlə bağlı FEİ-dəki işimi ixtisar etməli oldum» - deyə şahzadə bildirib.
Şahzadə Hayanın səlahiyyət müddəti bu ilin dekabrında başa çatacaq. Dekabrın 14-də FEİ-nin Bakıda keçiriləcək sessiyasında yeni prezident seçiləcək.
Şahzadənin ərinin Londonda cins at ferması var və onun adı dopinq qalmaqalında çəkilmişdi. Nəticədə əl-Məktumun atlarına beynəlxalq yarışlara qatılmaq bir müddət qadağan edilib.