vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜLƏŞ  
12:40 | 6 noyabr 2022 | Bazar Məqaləyə 1206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük dəbilqənin qızılı

Hidayət Heydərov öz iddiasını irəli sürdü və növbəti dəfə möhtəşəm qələbəyə imza atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında Bakı Böyük Dəbilqə turnirinin ikinci günündə Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı Hidayət Heydərovun performansı haqqında məqalə dərc olunub.

Məqalənin müəllifi Jo Kroulinin sözlərinə görə, Hidayət Heydərova bütün Azərbaycan xalqı pərəstiş edir: “O, hər zaman gülümsəyir və pozitivliyi ilə həvəskarlara maraqlı cüdo üslubu nümayiş etdirir. 

Reytinq xallarına görə dünyada üçüncü və öz çəki dərəcəsində favorit olan Hidayət izdihamlı alqışlar altında finala yüksəldi. Belə ki, Azərbaycan idmançısı yarım finalda ispaniyalı Salvador Rokanı məğlub etdi və həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəldi. Rəqibini “ippon” la məğlub edən Heydərov qızıl medala sahib oldu. Margelidon və Hidayət azərkeşlərin izdihamı qarşısında qızıl uğrunda vuruşurdular. Görüşün əvvəlindən o ev sahibi ölkə olduğu üçün kanadalı idmançıya önə çıxmağa icazə vermirdi və nəticədə o, kəskin və çox gözəl şəkildə “kata-quruma” fəndindən istifadə edərək “ippon”la qələbə qazandı. Hidayət əvvəldən qızıla iddia edirdi və təmiz qələbə ilə günü başa vurdu”.