vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
00:58 | 11 iyun 2022 | Şənbə Məqaləyə 1698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəcəbov Məmmədyarovu dayandırdı

Şəhriyar ikinci yerlə kifayətləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilməyib.

37 yaşlı qrossmeyster yarışın sonuncu - 9-cu günündə həmyerlisi Teymur Rəcəbovu məğlub etməyi bacarmayıb.

Son turadək norveçli dünya çempionu Maqnus Karlsen 15 xalla 1-ci, Məmmədyarov 14,5 xalla 2-ci, Rəcəbov isə 6,5 xalla 9-cu pillədə idi.

Karlsen bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla görüşündə heç-heçə etsə də, onu armageddonda yenib. Nəticədə dünya çempionu xal sayını 16,5-ə çatdırıb.

Bu halda Məmmədyarova Rəcəbov üzərində klassik partiyada yalnız qələbə sərf edirdi. Lakin o, bunu bacarmayıb. Görüş heç-heçə başa çatdığı üçün armageddon oynanılıb. Bu partiyada da heç-heçə qeydə alınıb. Bununla belə, Rəcəbov qara fiqurlarla oynadığı üçün qalib elan olunub və 8 xalla 10 iştirakçı arasında 9-cu yeri tutub. Məmmədyarov isə 15,5 xalla 2-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) olub.