Hər əyardan bir medal
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əhsən, Hidayət!
“Paris-2024”də ilk medalımız qızıl oldu
-
Vətən üçün mübarizə...
“Səid tataminin üzərindədirsə, ...”
-
Böyük dəbilqənin qızılı
Hidayət Heydərov öz iddiasını irəli sürdü və növbəti dəfə möhtəşəm qələbəyə imza atdı
-
Çüdoçumuzdan gürcü idmançıya “ölümcül” zərbə
Hidayət Heydərovun Budapeştdəki performansı bütün stereotipləri qırdı
-
Komanda hesabında birinci yer
Azərbaycan cüdoçularından Avropa çempionatında inanılmaz nəticə
-
Məğlubedilməz Rəcəbli
62 yaşlı idmançımızın veteran cüdoçularımız arasında liderliyi davam edir
-
İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
-
«Harda istəsə görüşək...»
Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı
-
Vətəndaşların gözü qarşısında ...
Prezidentin işdən qovduğu generalın xuliqan oğluna 3 aylıq həbs qərarı
-
Bütün ölkənin məsxərəyə qoyduğu «general»
Prezident məmurlara yenidən xəbərdarlıq etdi; işdən qovulan yüksək rütbəli: «Mən özümdən başqa heç kimdə günah görmürəm»
-
Generaldan əsgərə yaraşmayan açıqlama
«Hər üç evladımı cənab prezidentin ayağının altında qurban etməyə hazıram»
-
«... Bu dəfə bağışlamadı»
İşdən çıxarılan general: «Prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, ...»
-
Prezident avtoxuliqan oğulun general atasını işdən qovdu
Rüstəmin özbaşınalığı Novruzəli Orucova baha başa gəldi
-
Bakıda daha bir məmur oğlunun özbaşınalığı
Novruzəli Orucovun oğlu avtoxuliqanlığa bir növ adətkar olub
-
Gündoğan ölkədə qan tökülmür?
Yaponiyada silah cinayətlərinin az olmasının sirri
-
Millinin sabiq baş məşqçisinə zorlama ittihamı
Peter Zayzenbaher bir neçə qıza təcavüzdə şübhəli bilinir
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turniri başa çatdı. Dünyanın 61 ölkəsindən 406 idmançının qatıldığı turnirdə idmançılar arasında olan rəqabət olduqca yüksək idi və final oyunları da gözlənilməz nəticələr verdi.
Turnirin ikinci günündə Azərbaycan zirvəyə doğru iriləyərək qızıl, gümüş və bürünc medallar əldə etdi. Belə ki, -73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda rəqibini üstələyərək ölkəmizə qızıl medal qazandırdı.
“Təbriklərə görə hamıya təşəkkür edirəm! Bu mənim bir neçə ay ərzində qazandığım 3-cü qızıl medalımdır və idmançı olaraq inkişafımın sübutudur. Mən əminəm ki, qalibiyyətim davamlı olacaq”, – bunu ikiqat Avropa çempionu Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) son məqaləsi üçün verdiyi müsahibəsində bildirib.
Müəllifin sözlərinə görə, -73 kq çəki dərəcəsi olduqca çətin hesab olunur və adətən məhz bu çəki dərəcəsində yarışan idmançıların sayı daha çox olur. Müsahibədə Heydərov qələbəsini belə şərh edir: “Finalda Laşa Şavdatuaşvili, Fabio Basile və Rüstəm Orucovu gözləyirdim, lakin Laşanın finala qədər yüksəlməsinin ehtimalı daha çox idi. Bildiyiniz kimi, o çox güclü idmançıdır, bəlkə də növbəti dəfə final başqa cür bitə bilər, lakin inanıram ki gələcəkdə də onu məğlub edəcəm”. Məqalədə bildirilir ki, zaman Heydərovun xeyrinə işlədi: “Saatın bitməyinə 30 saniyə qalmış, o “osaekomini” təmin etmək üçün taktiki olaraq yerdə qaldı”. Hər iki idmançının amansız rəqabəti “golden score” bölümündə təzyiq altında keçdi: “Şavdatuaşvili “ashi waza” cəhdi etdi və bunu hiss edən Heydərov “te waza” istifadə edərək, qızıl qazandı!”.
Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Rüstəm Orucov isə üçüncü yer uğrunda mübarizədə Kuba təmsilçisi Maqdiel Estradanı üstələyərək bürünc medal qazandı.
-81 kq. çəkidə mübarizə aparan cüdoçumuz Səid Mollayi isə finalda braziliyalı Qilerme Şmitlə qarşılaşıb və komandanın aktivinə gümüş medal qazandırıb.
Yarışın ümumi nəticəsinə görə, Azərbaycan milli yığma komandası kişilər arasında Yaponiyadan sonra ikinci yerdə qərarlaşıb.