Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:44 | 11 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 1180 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Rusiyanın Ukraynadan taxıl ixracını məhdudlaşdırmasının Şri-Lankdakı çaxnaşmada rolu olması mümkündür, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib. O, taxıl məsələsinin dünyanın başqa yerlərində də böhranlara səbəb ola biləcəyindən narahatlıq bildirib.
Blinken Rusiyanı 20 milyon ton taxılın Ukraynadan çıxmasına imkan verməyə çağırıb. Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayıb.
***
“Rusiyanın Ukraynaya təcavüzünün dünyada ərzaq təhlükəsini şişirtdiyini görürük. Rusiyanın təcavüzünün təsiri hər yerdə hiss olunmaqdadır”, – Blinken iyulun 10-da Banqkokda jurnalistlərə deyib.
O, taxıl blokadasının Tailandda gübrə qiymətlərini “kəlləçarxa çıxardığını” söyləyib.
Blinken deyir ki, böhran Tailand kimi fermer təsərrüfatı ölkələrində ağır nəticələrə səbəb olacaq, “çünki gübrənin olmaması gələn il məhsulun azalacağı, qiymətlərin yüksələcəyi deməkdir”.
***
Hər il Ukraynadan Afrikaya, Yaxın Şərqə, dünyanın başqa yerlərinə milyonlarla ton taxıl ixrac olunur. Rusiyanın Ukraynanın qara dəniz limanlarını blokadaya alması nəticəsində ixrac dayanıb.
Moskva bildirir ki, Ukrayna ordusu Odessa və digər limanları minalarda təmizləsə, ərzaqla dolu Ukrayna gəmilərinin çıxmasına icazə verər.
Ukrayna isə sahili minalarda təmizləyə bilməcəyini deyir, çünki bu halda Rusiya “taxıl dəhlizlərindən Ukraynanın cənubuna hücuma keçər”.
Rusiya və Ukrayna birlikdə dünyada buğda təchizatının üçdə birini təşkil edir.
BMT-nin hesablamasına görə, 2019-cu ildə Ukrayna dünyada qarğıdalı təchizatının 16, günəbaxan yağının 42 faizini verib.
***
Hind Okeanında ada dövlət olan Şri- Lankada kəskin ərzaq və yanacaq qıtlığı çaxnaşmaya səbəb olub.
Etirazçılar rəsmi iqamətgahları tutandan sonra prezident və baş nazir istefaya razılaşıb.
Müxalifət partiyaları iyulun 10-da yeni hökumət qurmağa razılaşıblar, ancaq etirazçılar Prezident Gotabaya Rajapaksanın iqamətgahından çıxmayıblar. Onlar deyirlər ki, prezident getməyəcən mübarizə dayanmayacaq. Hazırda bir gəmiyə sığınmış Rajapaksa iyulun 13-də vəzifədən gedəcəyini bildirib.
Blinken Vaşinqtonun hadisələri izlədiyini deyib, parlamenti həll yollarının tapılması üçün sürətlə işləməyə çağırıb.