
Hər əyardan bir medal
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
Yol polisi reyd keçirdi
Sürücülərə xəbərdarlıq
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
Rüşvəti ver polisə birini də üstəlik
5 ölü, 38 yaralı
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
133 786 sürücü, 83 567 piyada cərimə olunub
Polkovnik taksi sürücülərindən şikayətçidir
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
DYP rəsmi məlumat yaydı
«Birinci dəfə cənab Prezident «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı».
VAXT.AZ bildirir ki, prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov bunu «Qafqazinfo»ya açıqlamasında deyib.
Xatırladaq ki, general işdən, oğlu Rüstəm Orucovun yol hərəkəti qaydalarını növbəti dəfə kobud şəkildə pozmasından, ona irad bildirən avtobus sürücüsünü döyməsindən və buna görə saxlanılmasından sonra çıxarılıb.
«Oğlum paraşütdən tullanma üzrə dünya rekordçusudur, Polis Akademiyasında oxuyurdu. Adam vurduqdan sonra oradan çıxartdılar. Nə edək, olmamalı idi, oldu...», - deyə N.Orucov bildirib.
General oğluna görə peşman olduğunu, vaxtında onu cəzalandırmadığını da qeyd edib: «Qoy bu hadisədən bütün generallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab Prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə cəzalandırdı».