
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
Yol polisi reyd keçirdi
Sürücülərə xəbərdarlıq
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
Rüşvəti ver polisə birini də üstəlik
5 ölü, 38 yaralı
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
133 786 sürücü, 83 567 piyada cərimə olunub
Polkovnik taksi sürücülərindən şikayətçidir
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
DYP rəsmi məlumat yaydı
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
Nazrin əmrinin əksinə gedən yol polisi
“Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının olduğu mərkəzi küçələrdə yolların buraxıcılıq qabiliyyəti və nəqliyyat vasitələrinin intensivliyi təhlil edilir”. Bu barədə Bakı Nəqliyyat Agentliyinin bu gün yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə, nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər olunur.
“Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.
Bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər.
Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır”.