
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
Yol polisi reyd keçirdi
Sürücülərə xəbərdarlıq
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
Rüşvəti ver polisə birini də üstəlik
5 ölü, 38 yaralı
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
133 786 sürücü, 83 567 piyada cərimə olunub
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
DYP rəsmi məlumat yaydı
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
Nazrin əmrinin əksinə gedən yol polisi
«Taksilərin avtobus dayanacaqlarında saxlanması ilə bağlı ciddi tədbirlər görülür. Əgər yol polisi ərazilərdə fəaliyyət göstərməsə qanunsuz taksi fəaliyyəti ilə bağlı məşğul olan sürücülər yolları iflic vəziyyətə salar».
Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, polis əməkdaşlarının müntəzəm olaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə mübarizə aparmasına baxmayaraq onlar yenə də qaydaları pozmağa cəhd edir.
«Dayanma-durma qaydalarının pozulmasına görə, əməkdaşlarımız gündəlik fəaliyyət göstərir. Bu məsələdə müsbət nəticələr də əldə olunub. Əgər yol polis əməkdaşları ərazilərdə fəaliyyət göstərməsə bəzi taksi sürücüləri qaydaları pozaraq öz istədikləri yerlərdə avtomobillərini istədikləri yerdə saxlayacaqlar. Bəzi taksi sürücüləri var ki, ay ərzində dayanma-durma qaydalarını pozduqlarına görə onlara 3-4 dəfə protokol tərtib edilib. Amma təəssüflə qeyd etmək lazımdır ki, onlar qaydaları pozmağa davam edir.
Hər bir sürücü yol hərəkətində şəxsi mənafeyini ictimai mənafedən üstün tutmamalıdır. Yəni ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq tələblərə düzgün riayət edilməlidir ki, başqaları da əziyyət çəkməsin».