Hər əyardan bir medal
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
            					
            	
                15:10 | 17 iyul 2017 | Bazar ertəsi
                Məqaləyə 3490 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
                                ... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
                                Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
                                Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
                                Yol polisi reyd keçirdi
                                Sürücülərə xəbərdarlıq
                                Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
                                Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
                                Rüşvəti ver polisə birini də üstəlik
                                5 ölü, 38 yaralı
                                «Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
                                133 786 sürücü, 83 567 piyada cərimə olunub
                                Polkovnik taksi sürücülərindən şikayətçidir
                                Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
                                «Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
                                DYP rəsmi məlumat yaydı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu – avtoxuliqanlıq etdiyinə və vətəndaşı döydüyünə görə haqqında üç aylıq həbs-qətimkan tədbiri seçilmiş Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.
Bunu lent.az-a açıqlamasında Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov deyib.
Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Yeri gəlmişkən, Pəhləvan Aslanov 11 saylı hüquq məsləhətxanasının əməkdaşıdır və Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib.
Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: «Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar».
Virtualaz.org-un əvvəllər yazdığı kimi, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi «BMW» markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Onu da bildirək ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilmişdi. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Onu da qeyd edək ki, məhz sonuncu hadisədən sonra prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.