Vətən üçün mübarizə...
“Səid tataminin üzərindədirsə, ...”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər əyardan bir medal
Azərbaycan cüdo komandası Böyük dəbilqə turnirini ikinci sırada başa vurdu
-
“Kim qazandı? Azadlıq!”
İsrailin Azərbaycandakı səfiri güneyli idmançıya status həsr edib
-
Milli komandaya yeni cüdoçu qatıldı!
Azərbaycan əsilli idmançı doğma bayraq uğrunda yarışacaq
-
“Mollayi tataminin üzərindədirsə, sizin hansı ölkəni təmsil edəcəyinizdən asılı olmayaraq, mütləq Səidi dəstəkləyəcəksiniz. O, bir idmançıdan daha üstündür. Yaşadıqlarına və ətrafındakı hamıya böyük hörmət bəsləyən insandır. “İndi Səid öz evindədir, Vətəni Azərbaycandadır və xalqı da onu çox sevir”, ¬– Beynəlxalq Cüdo Federasiyasının (BCF) son dərc olunan məqaləsində bildirilib.
Müəllif daha sonra qeyd edir ki, 81 çəki dərəcəsində yarışan idmançımız Səid, Bakı Böyük Dəbilqə turnirinin ikinci günündə bütün ürəyi ilə mübarizə apardı: “O, çox yaxşı formada olduğu üçün məğlubedilməzdir və buna görə də 3 qələbə ilə finala irəliləyə bildi. Finalda belçikalı üç qat dünya mükafatçısı Mattias Kasse ilə üz-üzə gəldi. Məqaləyə əsasən, üslubları fərqli olsa da, ikisi də peşəkar idmançıdır. Rəqibini “vaza-ari” xalı ilə məğlub edən Mollayi, ölkəsinə 3-cü qızıl medal qazandırdı. Final boyu azərkeşlər dayanmadan onun adını çağırırdırlar. Bu dəstəyi və izdihamı hiss edən Səid qalib gəldi.
Mollayi fəxri kürsün ən yüksək pilləsinə qalxdı və Bakı Böyük Dəbilqə turnirinin ikinci günü Azərbaycan üçün ayaq üstdə, himnin sədaları altında bitdi.