
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
İraq kəşfiyyatı Şara ilə masada
Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
Suriya və İsrail masaya oturdu
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistanın Milli təhlükəsizlik xidməti “Vətəndaşlıq haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə təqdim edib. Layihədə “diaspor erməniləri”nin Ermənistan vətəndaşlığı almaları üçün prosedurların sərtləşdirilməsi nəzərdə tutulur.
Layihə müəlliflərinin açıqlamalarına görə, xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq alma prosedurunun sərtləşdirilməsinin əsas səbəbləri bölgədəki vəziyyət, Ermənistan vətəndaşlığı alan şəxslərin sonradan ölkəyə gəlməmələri və erməniliyin xeyrinə fəaliyyət göstərməmələridir.
Qeyd edim ki, hazırda qüvvədə olan qanuna görə, istənilən xarici ölkədə yaşayan erməni Ermənistana ayaq basan kimi vətəndaşlıq almaq üçün müraciət edə bilər.
Ermənistanın Milli təhlükəsizlik xidmətinin qanuna əlavə və dəyişikliklərlə bağlı açıqlamasında isə qeyd olunur ki, əsasən Yaxın Şərq, Suriya, Livan və İordaniyadan gələn və erməni olduqlarını iddia edən şəxslər Ermənistan vətəndaşlığı almaq üçün daha çox müraciət edir və vətəndaşlıq aldıqdan sonra Ermənistana 4-5 ildə bir dəfə gəlir və yaxud, ümumiyyətlə gəlmirlər.
Qənaətimə görə, “diaspor erməniləri” üçün vətəndaşlıq alma şərtlərinin sərtləşdirilməsinin əsas və təbii ki, açıqlanmayan səbəblərindən biri Milli təhlükəsizlik xidmətinin açıqlamasında dolayısıyla etiraf olunub. Ermənistan hakimiyyəti Yaxın Şərq, Suriya, Livan, İordaniya və düşünürəm ki, əsasən Türkiyə, İran və digər müsəlman ölkələrindən olan şəxslərin Ermənistan vətəndaşlığı ala biləcəklərindən ehtiyatlanır. “Vətəndaşlıq haqqında” qanuna əlavə və dəyişikliklərin Türkiyə ilə münasibətlərin normallaşması, eləcə də Türkiyə-Ermənistan sərhədlərinin minalardan təmizlənməsi fonunda ictimailəşdirilməsi də narahatlığın daha çox Türkiyə ilə bağlı olduğu ehtimalını yaradır. Ola bilsin ki, rəsmi İrəvan Türkiyədə yaşayan və öz ölkələrinə bağlı olan ermənilərin, həmçinin “erməni” olduqlarını qanunvericiliyin tələblərinə uyğun olaraq, “sübuta yetirə bilən” şəxslərin Ermənistan vətəndaşlığı ala biləcəklərindən və bu halın kütləviləşəcəyindən əndişələnir. Digər tərəfdən, Suriyada, Liviyada, İraqda baş verən vətəndaş müharibələri bu ölkələrdəki miqrasiya proseslərini nəzarətdən çıxarıb və bu sözügedən dövlətlərdə arxivlərin məhv edilməsi nəticəsində vətəndaşlıq üçün müraciət edən şəxslərin erməniliyini dəqiqləşdirən sənədləri əldə etmək mümkün deyil. Məhz bu səbəbdən də, qanuna edilən əlavə və dəyişikliklərdə vətəndaşlığın, yalnız diaspor təşkilatları və Ermənistanla sıx əlaqədə olan, “erməniliyə xidmət edən”, yəni erməni olduğu şübhə doğurmayan şəxslərin Ermənistan vətəndaşlığı almalarına üstünlük verilməsi nəzərdə tutulur.