
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
“Eurosport” kanalı şərhçi Bob Ballard cinsiyyətçi sözlərindən sonra yayımçının Olimpiya reportajından kənarlaşdırılıb. Molli O'Kallaqan, Şayna Cek, Emma MakKon və Meq Harrisdən ibarət Avstraliya qadınların 4x100 m sərbəst estafet komandası Ballardın mübahisəli şərhindən əvvəl qızıl medal qazanmışdı. Onun Lizzi Simmonds ilə etdiyi Paris 2024 təqdimatından bir video sürətlə sosial mediada yayıldı və qəzəb doğurdu.
Ballardın dediyi eşidildi: “Bəli, qadınlar yenicə bitirdilər. Qadınların necə olduğunu bilirsən... Makiyaj edirlər, gecikirlər”.
“Eurosport”, yayımçının işdən çıxarılması üçün dərhal tədbir gördü və aşağıdakı bəyanatı verdi: “Dünən axşam “Eurosport”un yayımı zamanı şərhçi Bob Ballard nalayiq şərh verib. Bu səbəbdən o, dərhal şərhçi heyətimizdən uzaqlaşdırılıb”.
Simmonds isə tərəf müqabilin şərhini “çirkin” adlandırıb.
Avstraliyanın qadınlardan ibarət komandası 3.28.92 göstərici ilə tarixə düşüb və bu mundialda ardıcıl 4-cü dəfə qızıl medal qazanıb.
“TikTok”da video ilə bağlı edilən şərhlərdə sözügedən ifadə “gündəlik cinsiyyətçilik ətrafa yayılan” nümunə olaraq göstərilərkən, bir nəfər Britaniya komandasının Olimpiadada qazandığı yeganə medalın qadınlardan gəldiyinə diqqət çəkib.
Bu şərh Beynəlxalq Olimpiya Komitəsinin Paris 2024-ü “Bərabər Oyunlar” kimi qiymətləndirdiyi bir vaxta təsadüf edib. Çünki iştirakçıların 50 faizi qadınlardır.
Üzgüçülük proqramı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşan Ballard hələlik şərhi ilə bağlı heç nə deməyib.